Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-12-2014, 12:15)
Fərhad və Rafiq Əliyev qardaşları bizneslərini genişləndirir

Bankdakı səhm payının satılmasının səbəbi üzə çıxır 

 

“Azpetrol Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev “Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satıb. 
Əməliyyat dekabrın 25-də Bakı Fond Birjasında baş tutub. BFB-nin məlumatına görə, birjada qeyd edilən bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub. Satılan pay bankın səhmlərinin ümumi emissiyasının 21,10%-i təşkil edir. Alıcının kimliyi haqda məlumat verilmir. Belə bir məlumat hələlik bankın saytında da yerləşdirilməyib.
2005-ci ildə korrupsiya və vəzifə saxtakarlıqları ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər 2013-cü ildə əfv fərmanı ilə azad olunublar. Əliyev qardaşları həbsdən çıxandan sonra Azərbaycanı tərk ediblər. Onların Londona köçdükləri haqda məlumatlar da var. “Bank of Baku”nun saytındakı məlumatlardan aydın olur ki, Rafiq Əliyev şəxsən səhmlərin 11,22 faizinə, ona məxsus olan “Azinvest” MMC vasitəsi ilə isə 9,89%-ə sahib idi. R.Əliyevin həbsinə qədər sahibi olduğu “Azpetrol” MMC bankın səhmlərinin  28,89-nə sahib olub. Bu sahiblik bu gün də qalır. 
Bankın saytında yer alan 2012-ci ilə dair audit hesabatında (payçılar belə bölünür: “Nab Holding” (40%), «Azpetrol Neft Şirkəti» MMC (28,89), Rafiq Əliyev (11,22%), Elçin İsayev (10%) və «Azinvest» MMC (9,9%)...
R.Əliyevin gəliri pis olmayan bankdakı səhm payını satması suallar yaradıb. Belə məlumat var ki, R.Əliyev həbsdə olarkən bankdakı payını satmağa razılıq verib. Lakin sonradan bu razılaşma bir qədər ertələnib. Amma qüvvədən düşməyib. Azadlığa çıxandan sonra Əliyev qardaşları Azərbaycanda olan əmlaklarını sataraq ölkədən kənarda olan bizneslərini genişləndirməyə qərar veriblər. Bankdakı səhm payının satılmasının da həm də bu qərara uyğun atılan addım olduğu bildirilir.  
шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025