Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-05-2022, 16:12)
“Mədəniyyət nazirliyində köhnə vərdişlər yenə də davam edir”

 “Avropa Film Akademiyasına seçilən üzvləri təbrik edirəm. Ancaq siyahıda Hilal Baydarovun, Elçin Musaoğlunun, Oqtay Mirqasımovun, Mirbala Səlimlinin, Elxan Cəfərovun, və digər adını unutduğum ciddi kinematoqrafçıların ismləri yoxdur. Düşünürəm ki, bu xəbər əslində yaxşı bir xəbər olsa da, bu həmçinin yeni yaradılan Kino Agentliyinə rəhbər gəlmək istəyən adamın taktiki cəhdlərindən biridir”.Mediatv.az xəbər verir ki, bu açıqlamanı şəxsi facebook səhifəsində gənc rejissor Amil Amal paylaşıb. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən gənc rejissor bildirib ki, Avropa Film Akademiyasına seçilən üzvlərin bir çoxu necə seçildiklərindən belə xəbərsizdirlər:

“Çox böyük ehtimal ki, onların adları Mədəniyyət Nazirliyinin Kino və videoqrafiya şöbəsinin rəhbəri Rüfət Həsənov tərəfindən verilib. Əgər belədirsə, niyə ciddi imzalar bu prosesdən kənarda qalıb? Çox böyük ehtimal Agentliyə Rüfət Həsənov rəhbər təyin olunacaq. Bunu ona əsasən deyirəm ki, hazırda onun Mədəniyyət Nazirliyindəki işi ilə bağlı vakansiya elan olunub. İstənilən bir rəhbər işçi öz işindən istehfa verəndə və ya vəzifədən kənarlaşdırılanda bununla bağlı mətbuata bəyanat verilir. Amma hələ ki, bu barədə açıqlama eşitməmişik”.

Rüfət Həsənovla heç bir şəxsi probleminin olmadığını söyləyən gənc rejissor vurğulayıb ki, Rüfət Həsənovun Nazirlikdə rəhbərliyə təyin olunduğu zaman Azərbaycan kinosunun dirçəlməsi ilə bağlı böyük ümidləri olsa da, bunun şahidi olmayıb:

“Onun “Qarınqulu” animasiya layihəsinə dövlət büdcəsindən ayırdığı 400 min manat və bu layihənin tendersiz verilməsi ilə bağlı mediada bir çox məlumatlar yazılıb”

Rejissor xaricdə dövlət hesabına təhsil alan gənclərin Nazirliyin Kino şöbəsi tərəfindən son illər dövlət hesabına maliyyələşən heç bir layihəyə dəvət olunmadığını, bununla bağlı etiraz edənlərin isə prosesdən tam olaraq kənarda saxlanıldığını vurğulayıb:

“Dövlət hesabına Moskvada Kinematoqrafiya Universitetinin kinorejissor və kinodramaturgiya fakültəsini btirmişəm. Hətta dövlət hesabına Londonda da oxuyan rejissorlarımız var ki, bu gün prosesdən tam olaraq kənarda saxlanılırlar. Belə çıxır ki dövlətin bizim xaricdə oxumağımız və keyfiyyətli filmlər ortaya qoymağımız üçün xərclədiyi pulların Rüfət Həsənov üçün heç bir əhəmiyyəti yoxdur. Deməli, Mədəniyyət nazirliyində köhnə vərdişlər yenə də vdavam edir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024