Sosial / Slayd (28-12-2014, 13:52)
MSK-da maliyyə qalmaqalı
Dairə və məntəqə seçki komissiyalarında əməkhaqlarının hesablanması zamanı rüsvayçı nəticələrə səbəb olan qarışıqlıq baş verib
Mediatv.az Axar.az-a istinadən xəbər verir ki, 23 dekabr 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı iki ay müddətində fəaliyyət göstərən məntəqə seçki komissiyası üzvlərinin əməkhaqqısı hesablanarkən gəlir vergisi və sosial ödəmələrin tətbiq edilib-edilməməsi müzakirə edilib. Bu vaxta qədər dairə və məntəqə üzvləri gəlir vergisindən azad edilib, çünki daimi iş yeri sayılmadığı və maaşların simvolik xarakteri bu güzəştə səbəb olub.
Budəfəki bələdiyyə seçkilərində isə gəlir vergisi və sosial ödəmələr bir daha aktuallaşıb və problem də burdan başlayıb: əksəriyyət dairələr köhnə qayda ilə maaşların hesablanmasında gəlir vergisi və sosial ödəmələr tətbiq etməsələr də, bir neçə dairədə bu tutulmalar həyata keçirilib. Nəticədə eybəcər bir mənzərə yaranıb: Dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri eyni vəzifəni daşımalarına və eyni əməkhaqqı təyininə baxmayaraq, fərqli maaşlar alıblar. Bu isə təbii narazılığa səbəb olub.
Əldə etdiyimiz məlumata görə, problem Mərkəzi Seçki Komissiyasının rəhbərliyində də müzakirə edilib və gəlir vergisinin maaşlara tətbiq edildiyi, amma əksər dairə rəhbərlərinin bu qərarı nəzərə almadığı bildirilib. Buna görə də qanunvericiliyə uyğun olaraq vergilərin və sosial ödəmələrin dərhal icra edilməsi dairə sədrlərindən tələb edilib.
Dairə sədrləri və mühasibatlıqlar isə bu tələbi icra etməkdə acizdirlər. Çünki əməkhaqları seçkidən bir neçə gün əvvəl işçilərin bank hesablarına oturdulub və demək olar ki, hamı artıq maaşını alıb. İndi üzvlərdən vergiləri geri istəmək praktiki olaraq mümkün deyil.
MSK isə tapşırığın icra edilməsi üçün DSK rəhbərlərinə vaxt qoyub. Məlumatda qeyd olunur ki, hətta vergi və sosial ödəmələrin dairə sədrlərinə “öz cibindən olsa belə” ödəmək tələbi əməlli-başlı çaşqınlıq yaradıb.
Narahatlığın səbəbi isə məbləğin həddən artıq böyük olmasıdır. Bir dairədə orta hesabla 50 məntəqə, hər məntəqədə isə texniki işçilərlə birgə 9 işçi olduğunu və gəlir vergisinin əməkhaqqı ödənilən noyabr-dekabr ayları üçün cəmi 54 manat təşkil etdiyini nəzarə aldıqda, ortaya təxmini hesablamalarla 25 min manat civarında bir rəqəm çıxır.
Hazırda dairə rəhbərləri qarışıqlığın bu il üçün də güzəşt tətbiqini uzatmaqla həllini xahiş edirlər. Belədə isə növbəti problem yaranır: bəs, vergilərin tətbiqi ilə əməkhaqqı hesablayan dairələr necə olsun? Onlar artıq gəlir vergisi və sosial ödəmələri əməkhaqlarına tətbiq ediblər, köçürmələri də həyata keçiriblər...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024