Mediatv.az-ın məlumatına görə, "Demokratik TV"-yə şikayətçi Vüqar Süleymanov tərəfindən təqdim edilən çəkilişlərdən və dediklərindən aydın olur ki, keçmiş həyat yoldaşından boşandıqdan sonra qətnaməyə əsasən azyaşlı uşaqların ananın himayəsinə verilməsi qət edilib. Buna görə də ötən ayın sonunda Göygöl Məhkəməsinin binasında icra məmurlarının da iştirakı ilə uşaqlar alınaraq anaya təhvil verilib. Lakin, proses zamanı uşaqların anaya getmək istəmədikləri, baş verənlərə psixoloji cəhətdən hazır olmamaları və digər mənəvi-psixoloji hallar, nöqsanlar diqqət çəkir.
Şikayətçi uşaqlarından ayrı yaşamaq istəmədiyini, boşanmasının səbəblərini də dilə gətirib. Danışığı əsnasında Samux rayon MKTİB-nin rəhbəri Mahir Əliyevin də adını çəkərək bir sıra ittihamlar irəli sürür. Məhkəmə prosesi zamanı Göygöl icra hakimiyyətinin qəyyumluq şöbəsindən də narazı qaldığını bildirir. Ailəsinin dağılmasının səbəbi kimi, keçmiş həyat yoldaşının adının illərlə Samux MKTİB-də işçi kimi yazıldığını, işə getmədən ondan gizlin maaş aldığını, buna görə də boşandığını deyir.
Qətnamənin icrasına sayğımızı ifadə edirik, lakin, çox zaman atasının yanından ayrılmayan azyaşlıların fiziki-psixoloji vəziyyətdə, psixoloqların iştirakı və tərəfləri hazırlamadan bu şəkildə qətnamənin icraçılar tərəfindən qalmaqallı icrası üzücüdür.
Şikayətçinin başına gələnlərin aktual, sosial problem olduğunu nəzərə alaraq, "Demokratik TV"-də yayımlanan videosüjeti təqdim edirik:
Sosial / Karusel (6-05-2022, 12:48)
Göygöl məhkəməsi balaları atadan ZORLA ALDI..
Göygöl rayon Məhkəməsində baş tutan daha bir boşanma prosesi atanı balalarından zorla ayırıb. Kimin nə düşünməsindən, necə anlamasından asılı olmayaraq, günahsız körpələr və bütövlükdə cəmiyyət boşanmalardan əziyyət çəkir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024