Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-12-2014, 12:14)
Siqaret çəkən avtobus sürücüləri cərimələndi

“Sürücülərə avtobuslarda siqaret çəkməsi, dayanacaqdan kənar saxlaması və musiqilərin qoşulması ilə bağlı ciddi tədbirlər görülür və cərimə sanksiyaları tətbiq olunur”

 

Bunu azvision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.
Onun sözlərinə görə, bu günlərdə avtobusda siqaret çəkdiyi üçün 13 sürücü barəsində protokol tərtib olunub: “Bizə İntelektual İdarəetmə Mərkəzindən nöqsana yol verən sürücülərlə bağlı məlumatlar daxil olur və bununla bağlı tədbir görürük. Əgər sürücü mütəmadi olaraq bu cür nöqsanlara yol verirsə, onu sürücülükdən azad edirik. Artıq elektron tablo hazırlanıb. İşindən kənarlaşıdırılan sürücü başqa xətt avtobosunda işə düzələ bilməz. Biz bu cür halların qarşısını alırıq. İşinin öhdəsindən gələ bilməyən sürücülər işindən azad olunacaq”.
Ə.Cəfərov qeyd edib ki, onlar yeni 150 nəfər sürücü hazırlayıblar.
Qeyd edək ki, marşrut avtobuslarında siqaret çəkmək, telefonla danışmaq qadağan edilsə də bəzi sürücülər buna məhəl qoymurlar. Son vaxtlar sosial şəbəkələrdə avtobusu idarə edərkən siqaret çəkən və telefondan istifadə edən sürücülərin fotoları geniş yayımlanır. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025