Sosial (11-12-2014, 22:09)
Həyat yoldaşının görüntülərini efirdə görən Bakı sakini şoka düşdü
Avropa.info xəbər verir ki, “Bizimyol.info” saytının “Facebook” sosial şəbəkəsində olan rəsmi səhifəsinə oxucularından biri başına gələn hadisə haqqında yazıb.
Ramzan İbiyev adlı “Facebook” istifadəçisi yazır ki, 8 mart tarixində həyat yoldaşı maşını ilə hərəkət edərkən Dövlət Yol Polisi (DYP) işçiləri tərəfindən saxlanılaraq, sənədləri yoxlanılıb: “Sənədlər qaydasında olduğu zaman, DYP işçisi bildirir ki, bu bir bayram aksiyasıdır və saxlanılan xanım sürücülərə hədiyyələr verirlər. Bu bayram aksiyasını SpaceTV-nin əməkdaşları lentə alırdı” - deyə R.İbiyev çəkilişdən sonra efirdə baxdığı bu verilişin normal olduğunu və razı qaldığını da qeyd edir.
09 dekabr tarixində isə o yenidən həyat yoldaşını efirdə görür. Bu dəfə isə xəbərdə yol hərəkət qaydalarını pozan və içkili halda maşın sürən qadınlardan söhbət gedirdi. Lakin həyat yoldaşının görüntülərini görən Ramzan anlayır ki, bu 8 mart tarixində qeydə alınmış görüntülərdir və görüntülərdə polis tərəfindən qadınlara verilən hədiyyələr kadrı kəsilib: “09 dekabr 2014-cü il tarixində saat 21.00 radələrində gedən "HƏR GÜN" xəbər proqramında yol hərəkət qaydalarını pozan və içkili halda maşın sürən qadınlardan söhbət gedirdi və həmin 8 mart günü çəkilən kadrlar da proqramda yer almışdı. Efirə gedən bu süjetdə polis tərəfindən qadınlara verilən hədiyyələr kadrını kəsərək, ancaq DYP sənədləri yoxlayan yeri saxlayıblar” - deyə şikayətçi qeyd edir.
Məsələ ilə bağlı “Hər gün” proqramının baş redaktoru Elman Gəldikli heç nə deməyəcəyini və şikayətin əsassız olduğunu bildirdi.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025