Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-12-2014, 13:47)
Polşada Azərbaycan Günü keçirildi


Polşanın Lodz şəhərində Azərbaycan Günü tədbiri keçirilib

 

Mediatv.Az-a ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, tədbir Lodz Universitetinin Beynəlxalq və Siyasi Təlimlər fakültəsinin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutub.
 
Fakültənin dekanı, professor Tomaş Domanski açılış nitqində Azərbaycan-Polşa əlaqələrindən danışıb. İştirakçılara Azərbaycanın regionun aparıcı və dinamik inkişaf edən ölkəsi olması haqqında məlumat verilib.
 
Səfir Həsən Həsənov “Azərbaycanın dünəni və bu günü” mövzusunda çıxış edərək, Azərbaycan dövlətçilik tarixi, ədəbiyyatı, mədəniyyəti və ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra əldə etdiyi uğurlar haqda dinləyicilərə ətraflı məlumat verib. Bildirib ki, ölkələrimiz arasında 540 illik tarixə malik olan diplomatik əlaqələr bu gün prezidentlər İlham Əliyev və Bronislav Komorovskinin səyləri nəticəsində daha da inkişaf etməkdədir.
 
H.Həsənov çıxışından sonra tələbə və müəllim heyətinin çox saylı suallarını cavablandırıb. Tədbir çərçivəsində Azərbaycan haqqında tanıdıcı film və “Polşada Azərbaycan izləri” adlı təqdimat iştirakçıların diqqətinə çatdırılıb.
 
Daha sonra “Azərbaycanda Polşa izləri” adlı sərginin açılışı olub. Səfir H.Həsənov Azərbaycanın bir çox fərqli sahələrinin inkişafında vaxtı ilə polyakların müstəsna rolunun olduğunu qeyd edib. Bildirilib ki, XIX əsrin sonu XX əsrin əvvəllərində polyak memarları şərq və qərb memarlığını əsas götürərək Bakı şəhərində layihələşdirərək inşa etdikləri binalar hal-hazırda şəhərimizin memarlıq inciləri siyahısındadır. Azərbaycanda polyaklar tərəfindən inşa edilmiş binaların foto-şəkillərindən ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub.
 
Tədbirin sonunda iştirakçılara Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.
шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025