Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (3-12-2014, 19:53)
Müəllimi maşınla vurub öldürən deputatın qardaşı oğlu çıxdı Yenilənib

 

62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur 

 
Bu gün Şabran rayonunda 2 saylı orta məktəbin fizika müəllimi Fikrət Əfəndinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yolu keçmək istəyən 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu millət vəkili Tahir Süleymanovun qardaşı oğludur. Millət vəkilinin qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə İdarəsinin rəis müavinidir. 
Xatırladaq ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, Tahir Süleymanov Şabranın millət vəkilidir, o 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb. 
***
Deputat T. Süleymanov "Qafqazinfo"ya açıqlamasında hazırda xaricdə olduğunu bildirib. O, hadisədən xəbərsiz olduğunu və bu məlumatı ilk bizdən eşitdiyini qeyd edib.
***
Şabran rayonunun polis rəisi Əli Mərdanov “Qafqazinfo”ya açıqlamasında qəzanın dünən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisəni törədən şəxs saxlanılmayıb. Dünən  artıq cinayət işinin açıldığını və istintaq tədbirlərinin davam etdirildiyini deyən polis rəisi qəza törədən sürücünün hadisə zamanı sərxoş olmadığını vurğulayıb. Ə.Mərdanov sürücünün sürət həddini aşıb-aşmamasının ekspertiza rəyindən sonra məlum olacağını deyib. 
Qeyd edək ki, Əli Mərdanov sabiq Təhsil naziri Misir Mərdanovun qardaşıdır. 

Şərh Yaz

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024