Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-06-2021, 11:24)
HORADİZ BAZARI MƏMUR İŞĞALINDAN QURTULA BİLƏŞƏKMİ?








2020-ci ilin payızında baş vermiş və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışılanda çox vaxt belə fikir səsləndirilir ki, indiki zəfərin təməli hələ 1994-cü ilin yanvarında Ulu Öndər Heydər Əliyevin ali baş komandanlığı altında ordumuzun həyata keçirdiyi qalibiyyətli əks- hücümla qoyulub. Bəli, Füzuli rayonunun Horadiz şəhərinin və bir neçə kəndinin azad olunması ilə nəticələnən məhz həmin uğurlu əks-hücum nəticəsində cəbhədə böyük itkilər verən düşmən atəşkəs sazişini imzalamağa məcbur oldu. Atəşkəs əldə olunandan sonra isə Azərbaycan ötən dövr ərzində iqtisadiyyatını, silahlı qüvvələrini möhkəmlədə bildi, indiki qələbə üçün etibarlı zəmin yaratdı.
Horadiz şəhər sakini Xuraman Quliyeva Mediatv.az-ın redaksiyasına müraciətində bildirir ki, Horadiz erməni işğalından azad olunandan sonra ona və ailə üzvlərinə məxsus olmuş bazar yerli işğalçı tərəfindən ələ keçirilib. Xuraman xanım xatırladır ki, hələ 1989-cu ildə rayon rəhbərliyinə müraciət edərək, 40 sot torpaq sahəsi ayrılmasına nail olub və iki il sonra həmin sahədə ticarət mərkəzi inşa edərək özü, qardaşı və oğlu ilə birlikdə ailə podratı əsasında təsis etdiyi “Bazar” MMC-nin fəaliyyətini qurubmuş. Rayon İcra Hakimiyyətinin nəzdindəki komissiyanın qərarına əsasən MMC ilə müqavilə də bağlanmışdı. Müəssisə müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir, vergiləri vaxtında və tam həcmlə ödəyirdi. Sovet quruluşunun süqutu ərəfəsində, torpaq islahatının hələ həyata keçirilmədiyi həmin dönəmdə belə bir təşəbbüsü reallaşdırmaq böyük iş idi. Ailənin yaratdığı bu ticarət mərkəzi həm də “İran bazarı” kimi tanınırdı. Həftənin şənbə-bazar günləri qonşu rayonlardan ticarətçilər bura axışaraq alış-veriş edir, ara günlərdə isə kəndlilər əkib-becərdikləri məhsulları satışa çıxarırdılar.
Ancaq bazarın hamını razı salan bu xoş günləri 1993-cü ilin oktyabr ayının 22-nə kimi çəkir. Oktyabrın 23-nə keçən gecə Füzuli rayonu, o cümlədən Horadiz qəsəbəsi erməni silahlıları tərəfindən işğal olunur. Növbəti ilin yanvar ayının 5-də isə məlum əks-hücum əməliyyatı nəticəsində Horadiz düşməndən geri alınır. Müəyyən dövrdən sonra qonşu kəndlərə səpələnmiş, İrana tərəf keçmiş vətəndaşlar,  eləcə də Xuraman xanımın ailəsi Horadizə qayıdırlar. Bazarı bərpa etməyə çalışan sahibləri ilk əvvəl yaxın həndəvərdə xidmət edən hərbçilərimiz üçün bazar ərazisində şərait yaradırlar. Elə o vaxtdan bazara başqa bir işğalçı göz dikir. Füzuli rayon “Aqroservis” İdarəsinə rəhbərlik edən Hüseyn Abbasov müxtəlif yollarla bazarı ələ keçirmək üçün cəhdlərdə bulunur. Həmin vaxt icra başçısı olan Nəbi Muxtarov bu haqsızlığa yol vermir və Abbasovun cəhdləri uğursuz alınır. Hərçənd, H.Abbasov nəzərini bazardan çəkmir və niyyətini gerçəkləşdirməyi fürsət düşənədək təxirə salır. 2011-ci ildə Alı Alıyev Füzuli RİH-nə başçı təyin olunandan sonra Abbasovun da sanki əli-qolu açılır və rayon rəhbəri ilə dil taparaq istəyinə nail olur. Mübahisə böyüyəndən və Abbasov ictimai qınağa tuş gələndən sonra məcbur olub Xuraman Quliyevanın üstünə minnətçi salır və onunla “centlmen sövdələşməsinə” gedərək bazarı qeyri-rəsmi surətdə şərikli işlətmək razılığına gəlirlər. Di gəl, Abbasov bu razılaşmaya da əməl etmir, bazarın əsl sahiblərinə nəinki bütövlükdə bazardan, hətta orada inşa etdikləri dükan və çayxanadan belə mənfəət götürmələrinə imkan vermir.
Mediatv.ax xəbər verir ki 2014-cü ilin avqustunda Xuraman Quliyevanın əlinə mübahisəni öz xeyrinə həll etmək üçün gözəl fürsət düşür. Həmin vaxt Prezident İlham Əliyevin Füzuli rayonuna və rayonun inzibati mərkəzi sayılan Horadiz şəhərinə səfəri və yeni inşa olunmuş uşaq bağçası və məktəbin açılış mərasimində iştirakı gözlənilirmiş. Açılışı ediləcək yeni sosial obyektlər isə Xuraman Quliyevanın evinin yaxınlığında yerləşdiyindən səfərdən əvvəl Prezident Administrasiyasının Füzuli rayonu üzrə kuratorları əraziyə baxış keçirir, yaxın ətrafda yaşayan sakinlərlə söhbət aparırlar. Təbii ki, ölkə başçısına şikayət etmək potensialı daşıyan sakinləri yaxşı tanıyan Alı Alıyev Xuraman Quliyevanı da “zərərsizləşdirmək” qərarına gəlir və onu dilə tutur ki, Prezidentə şikayət etməsin, səfər başa çatandan sonra onun probleminin həlli üçün əlindən gələni edəcək. Beləliklə, məlum səfər baş tutur, başçının səmimi olduğuna inanan X.Quliyeva da dilini farağat saxlayır. Bir müddət sonra vətəndaş Quliyeva başçının qəbuluna gedib onun verdiyi vədi xatırladır, üstəlik, ticarət mərkəzində fəaliyyətin canlanması üçün təkliflər paketi ilə çıxış edir, yaxşı baş çıxardığı xalçaçılıq sexini işə salmaq istədiyini, əhalinin məşğulluğununun təminatına töhfə vermək arzusunu bildirir. Lakin gözləntiləri puç olur – Alıyev ona verdiyi vədi yerinə yetirmir. Və o vaxtdan ta indiyədək bazarın əsl sahibləri bazara yaxın buraxılmırlar.
İndi isə gəlin görək işğalçı kimdir. Hüseyn Abbasov hazırda Kənd Təsərrüfatı Nazirliyinin Füzuli rayon Aqrar İnkişaf Mərkəzinin direktorudur, Nazirliyi bu rayonda təmsil edən, dövlətin aqrara siyasətini bölgədə həyata keçirməklə vəzifələndirilmiş əsas məsul şəxsdir. Qanunsuz olaraq sahibkkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov de-fakto zəbt etdiyi obyektin kommunal xidmətlərdən (işıqdan, qazdan, sudan) istifadə üçün abonentliyini öz həyat yoldaşının adına rəsmiləşdirib. Gəlin razılaşaq ki, bu, isbata ehtiyacı olmayan aşkar korrupsiya faktıdır.
Xatırladaq ki, Xuraman Quliyevanın əlində onun və ailə üzvlərinin sözügedən ticarət mərkəzinə sahiblik hüququnu tanıdan rəsmi sənədləri vardır. Üstəgəl, Xuraman xanımın oğlu Qarabağ müharibəsi veteranıdır. Bu qədər üstünlük və imtiyazlarının olmasına baxmayaraq, haqlı mübarizələrində Hüseyn Abbasova “bata bilməmələrinin” səbəbi əlbəttə ki, rayon rəhbərliyinin işğalçı məmura dəstək verməsidir. Bu fakt kənd təsərrüfatı naziri hörmətli cənab İnam Kərimovu da düşündürməlidir. Vətəndaşların haqqını tapdalayan, qanunsuz sahibkarlıqla məşğul olan məmur öz birbaşa vəzifəsinin icrasına necə vicdanla yanaşa bilər axı? Füzuli rayonunun 2020-ci ilin payız kampaniyasında erməni işğalından azad edilmiş qalan torpaqlarını Hüseyn Abbasov adlı başqa bir işğalçının ixtiyarına vermək nə dərəcədə doğrudur?
Hələlik, kiçicik, iynə ucu qədər də olsa ümidimiz var ki, cənab Alı Alıyev məmur-sahibkar arasında illərdir davam edən bu mübahisəyə konstruktiv müdaxilə edəcək, ən azı onları bir ara razılaşdıqları kimi müştərək istifadə etmələri məxrəcinə gətirəcəkdir.  
Mövzuya qayıdacağıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
16 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025
15 09 2025