Siyasət (17-10-2020, 11:38)
“Hesab edirdilər ki, Füzuli şəhərini azad etmək mümkün deyil”
“Bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil”.
"Mediatv.az"ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı Füzuli şəhəri və Füzuli rayonunun 7 kəndinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Bütün Füzuliləri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk. Ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlər idi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlər idi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün aylarla vaxt lazım olacaq, bu əməliyyat uğurla nəticələnəcək ya nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi.
Füzuli şəhəri deyəndə hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki 30 il ərzində o vəhşilərin, yırtıcı heyvanların, çaqqalların əlində idi. Bütün binalar, dini abidələrimiz sökülüb, hər şey talan edilib. Evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zət etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür. Biz Füzuliyə qayıdacağıq və bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. İşğaldan azad edilən kəndlərdə azan səsi eşidiləcək. Necə ki, vaxtilə Azərbaycan Ordusu Ümumilli Liderin rəhbərliyi ilə Füzuli rayonunun 22 kəndini, Horadiz qəsəbəsini işğaldan azad edib. İndi baxın görün Horadiz necə gözəl məkandır. İşğaldan azad edilmiş kəndlərdə füzulilər yaşayır. Bundan sonra da şanlı Azərbaycan Ordusu düşməni öz torpaqlarımızdan qovmağa davam edəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024