Karusel / Slayd (16-06-2021, 11:33)
Məmur sahibkarın bazarını əlindən alıb
Füzuli rayon Horadiz şəhər sakini Quliyeva Xuraman Alıcı qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti,Ali Baş komandan İlham Əliyev Cənablarına şikayət məktubu ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın redaksiyasına daxil olan şikayət məktubunda deyilir:
Hörmətli Cənab Prezident!
Sizə müraciət etməyimin səbəbi,mənim və ailəmin zorakılığa məruz qalaraq əmlakımızın dövlət məmuru Abbasov Hüseyn Yüsif oğlu tərəfindən əlimizdən alınmasıdır.Bu rayonda yeddidən-yetmişə hamının tanıdığı bazar,ailəmizin kiçik müəssisəsi olub və işğal gününə qədər rəsmi fəaliyyət göstərib.Kiçik muəssisə rayon icra hakimiyyəti və torpaq şöbəsinin baş memarı,eləcə də aidiyyatı orqanların icazəsi və imzası ilə,ayrılmış 40 sot ərazidə tikilmişdir.Bu bazar,3 ailənin şəxsi vəsaiti hesabına tikilmişdir.Rəsmi qaydada bank hesabı,möhrü olan müəssisə,işğal gününə qədər ticarət mərkəzi kimi fəaliyyət göstərib.Cənab Prezident,hamı yaxşı bilir ki Horadiz qəsəbəsi,mənfur düşmənin işğalı altında elə də uzun müddət qalmamışdı,və buna görə də,çox böyük talanlar baş verməmişdi.Qəsəbədə bir-neçə fabrik və zavod fəaliyyət göstərirdi.Burada 7 rayona xidmət edən ət kombinatı, kolbasa sexləri və eləcə də,daimi işləyən yüzdən artıq işçisi var idi.Hüseyn həmin kombinatın ən son işçisi olub.Həmin vaxt,əhalini təhlükəsizlik məqsədi ilə,qəsəbəyə buraxmırdılar.Hüseyn isə,hərbi hissədə ərzaq anbarında işlədiyi üçün,qəsəbədə qalmışdı.Fürsətdən istifadə edərək,qəsəbədə qaldığı müddətdə,ət kombinatını və onun sexlərini söküb taladı və son nəticədə özününküləşdirdi.Əldə etdiyi haram pullarla,həyat yoldaşına saxta diplom aldı.Hal-hazırda həyat yoldaşı,Əhmədalılar kəndində,uşaq baxçasında müdirə vəzifəsində çalışır.Rayonda,əkinə yararlı torpaq sahələrənin demək olar ki çox hissəsini,Hüseyn Abbasov əkib-biçir.
Ulu öndər Heydər Əliyevin əks-hücum əməliyyatları nəticəsində,Arazboyu kəndləri və Horadiz qəsəbəsi düşməndən azad olunmuşdu.Oğlum Mehman da,bu əks-hücum əməliyyatının iştirakçısıdır.Qəsəbə azad olunduqdan sonra,ordumuz həmin bazardan yeməkxana kimi istifadə edirdi.2006-cı ilə qədər,oğlum həmin yeməkxananı işlətmişdir.Keçmiş icra başçısının vaxtında da Hüseyn Abbasov,bazarı bizim əlimizdən almağa çalışsa da buna müvəffəq ola bilməmişdir.Lakin,Füzuli rayonuna Alı Alıyev yeni icra başçısı təyin olunduqdan sonra,Hüseyn Abbasov ona güvənərək,bizə məxsus bazarı zəbt etdi.Biz dəfələrlə müxtəlif inistansiyalara müraciət etsək də,Hüseyn Abbasov öz vəzifə səlahiyyətlərindən istifadə edərək varı-pulu hesabına,bizim hüquqlarımızın bərpa olunmasına imkan vermədi.Onunla bərabər,rayon rəhbərliyi də,əlimizdə olan sənədə “Sovet vaxtı verilib”deyərək,hüquqlarımızı pozdu.Hüseyn Abbasov,Füzuli rayonunda kənd təsərrüfatı idarəsinə rəhbərlik edir.Puluna və hegemonluğuna görə,rayonda demək olar ki,hamı ondan çəkinir.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki,bu harınlamış dövlət məmurunun zorakılıqla zəbt etdiyi əmlakımızı özümüzə qaytararaq,bu üç ailənin hüquqlarının bərpa edilməsinə köməklik göstərəsiniz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024