Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd / Redaktor seçimi (25-08-2024, 20:55)
Əfqan Quliyev seçicilərlə görüşlərini uğurla davam etdirir - FOTOLAR

 




Bu gün 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Əfqan Quliyevin seçiçilərlə növbəti görüşü keçirildi.Seçicilər qarşısında çıxış edən Əfqan Quliyev öncə, ona hörmət əlaməti olaraq bir araya gəldikləri üçün hər kəsə təşəkkürünü bildirdi. Deputatlığa namizəd təbliğat kompaniyasının keçən dövrü ərzində gördüyü işlər və öz platforması haqqında geniş məlumat verərək, əgər onların etimadıni qazanıb Deputat seçilərsə, görəcəyi işlər barədə öncədən geniş məlumat verdi. Öz gələcək fəaliyyətini görüşə gələnlərə açıqlayan Millət vəkilliyinə namizəd  toplaşanlardan onları narahat edən  problemləri sələndirməyi xahiş etdi.Öz təsəbbüsiylə  namizədliyini irəli sürmüş Əfqan Quliyev seçicilərinə müraciət edərək dedi:
   Hörmətli seçicilər! Əziz Suraxanı sakinləri!
Öncə hər birinizi ürəkdən salamlayıram! Bu gün sizin qarşınıza çıxmaq, sizinlə üzbəüz dayanıb gələcəyə yönəlmiş planlar barədə danışmaq, sizləri dinləmək mənim üçün həqiqətən də deputatlığa namizəd kimi böyük bir şərəfdir. Zəhmət çəkib bu görüşə gəldiyinizə,mənə sizinlə öz fikirlərimi bölüşmək imkanı yaratdığınıza görə hər birinizə təşəkkür edirəm!
Bilirsiniz ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın qanunverici orqanının tarixində də yeni bir səhifə açacaq. O mənada ki, indi ölkədə çox genişmiqyaslı islahatlar dövrüdür və bu dövrdə vətəndaşların Milli Məclisdən gözləntiləri də böyükdür.Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir.Cənab Prezident İlham Əliyev  parlament barədə danışarkən deputatlara öz tövsiyələrini verib. Dövlət başçısı deputatlara tövsiyə edib ki, onlar öz dairələrində daha fəal olsunlar, vətəndaşlar onları narahat edən problemlər barədə deputata müraciət etsinlər. Onlar da öz növbələrində "yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar”.
  Təbii ki, indi seçicinin özü də daha tələbkardır, parlamentin fəaliyyəti barədə daha aydın təsəvvürlərə malikdir. İndi seçici sosial-iqtisadi inkişaf meyllərini, ölkədəki ictimai-siyasi prosesləri daha dərindən bilir və yaxşı başa düşür ki, islahatlar dövründə deputat onun səsinə çevrilməlidir. Mən də bu görüşə sizin parlamentdəki səsiniz olmaq, sizin sözünüzü yeni Milli Məclisdə demək, təşəbbüslərinizi qanunvericiliyin daha da təkmilləşdirilməsinə yönəltmək niyyətilə gəlmişəm.
  Bizim xalqın ən gözəl xüsusiyyətlərindən biri böyüklərə hörmət, gənclərə qayğıdır. Ona görə də yaşlı insanlarımızın rahatlığı, istirahəti üçün şərait yaradılması məsələləri diqqətimdə olacaq.Eyni zamanda, gənclərin problemlərinə yaxşı bələdəm.Çalışacam ki, gənclərin məşğulluğunun təmin edlməsi üçün,təhsilimizin inkişafı və inkişaf etmiş dövlətlərin təhsildə qazandığı uğuirlara çatmaq üçün  dövlətimizin gördüyü işlərə dəstək verim.
 Biz bu yola birlikdə çıxmışıq. Biz islahatlar dövrünün Azərbaycanının daha güclü dövlətə çevrilməsinə, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına birgə töhfə verəcəyik. Bu yolda mən sizə,sizin dəstəyinizə, etibarınıza, inamınıza arxalanıram. Sizə güvənirəm, səsimin səsiniz olacağına inanıram! 

  Daha sonra,Əfqan Quliyev seçki platformasını bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb və Suraxanı seçicilərinə ona göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib, deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını önə çəkib.
       

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024