Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-10-2014, 11:39)
«Azərsu»da 1-ci müavinin qohumu həbs olunub - Qorxmaz Hüseynov haqda şok faktlar – Özəl

 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunduğu xəbəri yayılan Babək Həsənov «Azərsu» Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. İndisə bu həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. 

Bu məlumat Mia.az-a «Azərsu» ASC-dən daxil olub. Bildirilir ki, Babək Həsənovun həbsinin yaratdığı təlatüm səbəbsiz deyil: «Çünki Babək Həsənov təkcə departament rəisi kimi «Azərsu»da müəyyən üstünlüyə sahib deyildi. O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkəni kimi ASC-də qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə mənimsəmələrinin başında duran əsas şəxslərdən olub. Halbuki onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə «Texniki şərt» sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Ancaq dediyim kimi, qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan "Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb. Maraqlı burasıdır ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. Yəqin ki, istintaq bunu da aydınlaşdırıb. Hələlik «Azərsu»da gəzən söhbətlər bundan ibarətdir ki, Babək Həsənov təxminən 300 min manatı özünün götürdüyünü, 650 min manatın isə qayınatasının qardaşı olan Teyyub Cabbarovun villasına xərcləndiyini etiraf edib».

1AZERSU

Məlumata görə, Babək Həsənovun həbsinə qədər «Texniki şərt»lər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib: «Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta «Sukanal» Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əəslində isə «Texniki şərt»i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi...». 

Məlumata görə, hazırda "Texniki şərt”lə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb: "Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki Yasamal Sukanal İdarəsinin rəis müavini olan doğma xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Hətta bəzi saytlarda bu haqda məlumat da dərc olunub. İddialara görə Yasamalda yeni tikilmiş binalara verilən "Texniki şərt”lərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, Qorxmaz Hüseynovun xalası oğlu və digər qohumları da ilişə bilər”. 

Mia.az bildirir ki, bu həbs və onun "Azərsu"da yaratdığı rezonans, həmçinin Qorxmaz Hüseynovun "Azərsu” ASC-də sədr olmasından sonra qardaşlarının, qaynı və bacısı oğlunun nələrə sahib olması ilə bağlı olduqca maraqlı faktlar var. Bundan əlavə, Qorxmaz Hüseynovun Teyyub Cabbarova nədən bu qədər isti bağlanması, onun və qardaşının 1-ci müavinin doğulduğu rayonda hansı nüfuzlu nazirlə yan-yana villa qaldırması kimi məlumatları Mia.az-dan izləyə bilərsiniz. 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024