Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-09-2014, 22:55)
Masazırda kimsəsiz uşaqlar üçün 120 mənzilli bina tikilir - FOTO

 

Həmin ərazidə valideyn himayəsindən məhrum olmuş məzunların mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhərcik salına bilər

«Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitutlaşma) və alternativ qayğı Dövlət Proqramı» çərçivəsində Bakı və regionlarda bir sıra mühüm təbirlər həyata keçirilir. Məhz həmin tədbirlər sayəsində internat tipli dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayının ilbəil azalması təmin edilib. Bunlardan əlavə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, yaşayır yeri olmayan, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən məzunlar üçün 120 mənzilli bina tikilir.

“Həftə içi”nin məlumatına görə, Masazır qəsəbəsində, «Uğur-91» yaşayış kompleksinin yaxınlığında inşa edilən 13 mərtəbəli binada tikinti işləri artıq başa çatmaq üzrədir. Ərazidə xeyli sayda işçi qüvvəsi və ağır texnikalar, müxtəlif tikinti materialları var idi. Binanın hər tərəfində dəmir vasitələrdən nərdivanlar qurulmuşdu. Bəzi fəhlələr mərtəbələrdə və eyvanlarda tikinti-quraşdırma işləri aparırdılar. Bina ilə üzbəüzdə yardımçı otaqların yarımçıq tikililərinə də rast gəldik. Binanın qarşısındakı lövhələrin üzərlərində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət yaşayış evinin eksplikasiya planı, həmin binanın birinci mərtəbəsinin planı, 2-ci mərtəbədən başlayaraq 13-cü mərtəbəyədək bütün mərtəbələrlə bağlı məlumatları özündə əksr etdirən digər bir plan yapışdırılmışdı.

İş icraçıları ilə söhbətdən məlum oldu ki, yaşayış binasının sifarişçisi Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik, podratçı təşkilat isə «Azərinşaat» MMC-dir. Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət yaşayış evinə ayrılmış sahə 6998 kvardatmetr, yəni 0,6998 hektardır. Ehtiyat sahə üçün 2535,3, təsərrüfat sahəsi üçün 797, tikinti sahəsi üçün 1207,53, örtüklər üçün 2148, yaşıllaşdırma sahəsi üçün isə 310,17 kvadratmetr sahə ayrılıb. Söhbət zamanı məlum oldu ki, 13 mərtəbəli 120 mənzilli yaşayış evinin birinci mərtəbəsi xidməti məqsədlər üçün nəzərdə tutulub. Orada yeməkxana, camaşırxana və digər sosial xidmətlər olacaq. Yerdə qalan 12 mərtəbədə isə ümumilikdə 120 mənzil yerləşir. Yaşayış binasının 150 kubmetrlik yeraltı su anbarı, nasosxanası, qazanxanası, transformator yarımstansiyası, 5 kubmetrlik su çəni, zibil konteynerləri üçün meydançası da olacaq.

İş icraçıları bildirdilər ki, tikinti işlərinə ötən ilin oktyabr ayından başlanıb və bu ilin dekabrında binanın inşasının yekunlaşacağı gözlənilir. Amma bina ilə bağlı planın nə zaman tam yerinə yetiriəcəyini və binanın haçan təhvil veriləcəyini bilmirlər.

İş icraçları onu da əlavə etdilər ki, valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunlar üçün binaların tikilməsi Azərbaycanda hər kəs tərəfindən rəğbətlə qarşılanır. Ona görə də sözügedən ərazidə haqqında danışılan məzunlar üçün yaşayış massivinin, yaxud şəhərciyin salınması da nəzərdən keçirilir. Lakin bu işlərlə nə vaxt başlanacağı, belə bir layihənin reallaşdırılıb-reallaşdırılmayacağı hələ bəlli deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024