Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-09-2014, 13:49)
“Mövcud vəziyyəti faciəvi hesab etmirəm”

Rauf Arifoğlu: “Kim bu tövsiyyələrə əməl etmək istəmirsə etməsin, amma...”

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Moderator.az-a açıqlamasında bəzi media orqanlarının hərbi əməliyyatlar və cəbhədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyi ilə dəqiqiləşdirilməyən və razılaşdırılmayan informasiyalar yaymasına münasibət bildirib. R.Arifoğlunun sözlərinə görə, o, hazırkı dönəmdə dövlətin məlum məsələlərlə bağlı mediaya bəzi məhdudiyyətlər tətbiq etməsinə normal yanaşır və bunu dövlətin maraqları baxımından düzgün addım hesab edir:
“Dünyanın hər yerində hərbi vəziyyətlərdə xəbərlərin məhdudlaşdırılması parktikası var. Bu, ABŞ-ın apardığı müharibələr zamanı da olub. Türkiyədə də olub və bu gün də var. İngiltərənin Folklend adalarına hücumu zamnanı da baş verib. Hər bir dövlət informasiya kanallarına müəyyən bir müddət üçün məhdudiyyət qoyur. Bu baxımdan mən vəziyyəti faciəvi hesab eləmirəm. Müdafiə Nazirliyinə, orduya aid tənqidi məlumatlar buraya daxil deyi. Bu qəzetlərin öz işidir. Onlar özləri bilər ki, tənqidi və tərifi necə quracaq. Burada söhbət hərbi əməliyyatlar zamanı hərbi texnikanın diklokasiyası, itkiərin sayı və s. informasiyaların anarxist şəkildə yayılmamasından gedir. Hansı ki, üçgünlük müharibə vaxtı Azərbaycanda bu baxımdan vəziyyət arzuedilən olmadı. Hər sayt bir kənd alırdı. 
Önəmli bir sayt yazırdı ki, müxbirimiz üç kəndin boşaldığını bildirir. Indi isə həmin kənddən şəkil yollayır. Torpağın şəklini çəkib göndərir və iddia edirdi ki, bu şəkillər həmin kənddən çəkilib. Nəticədə, panik bir vəziyyət yaranırdı. O biri saytlar da geri qalmamaq üçün daha bir kəndi əlavə edib məlumatı ictimaiyyiləşdirirdilər. Sonradan şəhidlərlə bağlı məqamlar meydana çıxdı. Bu məsələdə mən hərbi sahənin mütəxəssisləri tərəfindən irəli sürülən iradlara haqq verirəm. 

 

Onlar deyirlər ki, şəhidlərin haqqında xəbəri ilk olaraq mediadan həmin insanların ailəsi, doğmaları oxumamalıdır. Bunu hazırlamaq, məlumatları işləmək lazımdır və s. Bu məsələlər bir vətəndaş və 25 ilini mətbuata həsr edən şəxs kimi . Mən baş verənləri media azadlığının məhdudlaşdırılması kimi qiymətləndirmirəm. Kim bu tövsiyyələrə əməl etmək istəmirsə etməsin. Bu, bir təklifdir. Hansını haqlı hesab edirsən buna əməl elə. Hansını etmirsənsə, bunun nəticələrinə hazır ol”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024