Sosial / Slayd (12-04-2020, 18:55)
Əlyazmalar İnstitutu əvvəlki templə işləyir

Məlum olduğu kimi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarına ilk gündən qoşulub. İnstitutun direktoru, akademik Teymur Kərimli və digər əməkdaşlar bir aylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna yönəldiblər. Bunlarla yanaşı, institut bu mürəkkəb şəraitdə öz çoxşaxəli fəaliyyətini də davam etdirməkdədir. Mövzu ilə bağlı suallarımızı institutun elm katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadəyə ünvanladıq. O, hazırda institutun onlayn sistemi vasitəsilə fəaliyyət göstərdiyini bildirdi:
- İnstitutun rəhbər heyəti, tədqiqat şöbələri, elmi laboratoriya və xidmət
- Bəs nəşr işləri necə gedir? Əgər institut fəaliyyət göstərirsə, demək kitablar, məqalələr yazılır, onları çap etməyə imkan varmı?
- Çap işləri əvvəlki qaydada davam edir. İnstitutumuzun direktoru, akademik Teymur Kərimlinin “525-ci qəzet”in 3 aprel 2020-ci il tarixli sayında “Çalışıram ki, insanların ürəyində milliliyin sönməsinə imkan verməyim” başlıqlı dəyərli bir müsahibəsi, 7 aprel 2020-ci il tarixli nömrəsində isə “Qorxu feromonları” adlı məqaləsi dərc olunub. Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib. Kitabın “Ön söz”ünün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tərtibçisi “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əkrəm Bağırovdur.
Bundan əlavə, XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin böyük ustalıqla fars dilinə tərcümə etdiyi məşhur “Tutinamə” əsəri bu yaxınlarda institutumuz tərəfindən yenidən nəşr olunub. Əsəri Azərbaycan dilinə Ə.Bağırov çevirib. İnstitumuzun əsas şöbələrindən biri olan “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin əməkdaşı, fil.ü.f.d. Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiyası çapdan çıxıb. Nəşrin elmi məsləhətçisi akademik T.Kərimli, elmi redaktoru fil.ü.f.d., dosent Ə.Nəcəfzadədir. Kitaba professor Yaqub Babayev "Ön söz" yazıb. Həmin müəllif tərəfindən hazırlanan “İsgəndər bəy Məlikov – Yaxşılığa yamanlıq” adlı daha bir kitab oxuculara təqdim olunub. İnstitumuzun digər şöbələri də fəaliyyətlərini əvvəlki tempdə davam etdiriblər. “Çap kitablarının tədqiqi” şöbəsinin baş elmi işçisi, t.e.d. Tahirə Həsənzadənin tərtib etdiyi “Azərbaycan kitabı (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun materialları əsasında)” adlı əski çap kitabları kataloqu da bu günlərdə işıq üzü görüb. “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçiləri Sevinc Bayramova “Orta əsr Azərbaycan alimi Çarpərdinin müəllim və tələbələri”, Yeganə Rəhnulla “Şərh əsməullah əl-husna əsərinin əlyazma nüsxəsi” adlı məruzələrlə Praqada aprelin 5-6 tarixlərində keçirilən distant konfransda iştirak etmiş və məruzələri eyniadlı xüsusi topluda dərc olunub. “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosnent Aybəniz Rəhimovanın “Oğuz türklərinin ortaq yazılı dastan abidəsi “Danışmənd Qazi Dastanı” “Yeni dünya gündəmi” adlı elektron qəzetdə, həmin şöbənin böyük elmi işçisi, fil.ü.f.d. Samirə Əliyevanın “Sharaf khanum bint Mehmed Nebil Bey er-Rumi`s literary and İslam” (“Şərəf xanım ər-Ruminin poeziyası və İslam”) adlı məruzəsi ABŞ-da keçirilən “Müasir elm və təhsilin problemləri və perspektivlərinə beynəlxalq baxış” adlı beynəlxalq elmi və praktik konfransın materiallarında dərc olunub.
- Əzizağa müəllim, hazırki situasiya ilə bağlı institun planında hər hansı dəyişiklik ola bilərmi?
Yaxud “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.e.d.Paşa Kərimov və baş elmi işçi, fil.e.d. Raqub Kərimov, planda nəzərdə tutulduğu kimi, “Molla Qasım Zakir. Şeirlər” kitabını geniş ön sözlə nəşrə hazırlamışlar. Bundan əlavə, həmin şöbədə tərtib olunan “Fətəli bəy Hali Gəncəvi. Şeirlər”, “Məhəmməd ağa Müctəhidzadə. Səfərnamə” kitabları üzərində işlər yekunlaşaraq çapa təqdim olunub. Şöbənin baş elmi işçisi, fil.ü.f.d., dosent İbrahim Quliyevin farscadan tərcümə etdiyi Rza Pəhləvinin yazdığı “Sonuncu İran şahının sarayında saraydaxili intiriqalar” adlı memuar çapa təqdim edilib. İbrahim Quliyev həm də tanınmış alim, filologiya elmləri doktoru Rəhim Əliyevin “Nəsimi nədən ənəlhəq dedi?” adlı monoqrafiyası üzrəində redaktə işini başa çatdırıb. Kitab artıq çapdadır.
“Şəxsi arxivlərin tədqiqi” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Könül Bağırova “Azər Buzovnalı arxivindən açılmayan səhifələr - I (Məqalələr və məktublar)” adlı kitab üzərində redaktə işini başa çatdırmaqdadır. “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Aynurə Əliyeva fars dilindən tərcümə etdiyi “Gülşəni-ədəbiyyat” kitabını çapa təqdim edib.
Bundan əlavə, institut əməkdaşlarının araşdırma və tədqiqatlarının nəticələri kimi meydana çıxan bir çox elmi məqalə və tezislər də çap prosesindədir. Mən özüm “Neman ilə Simnarın əhvalatı”: əfsanə, yoxsa tarixi realliq?” mövzusunda məqalə yazmışam, onu “Əlyazmalar yanmır” jurnalının ingilis dilində nəşr olunacaq xüsusi nömrəsinə təqdim etmişəm. İnstitumuzun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, professor Azada Musabəyli “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların toplu kataloqunun nəşri haqqında” və “Azərbaycan-Türkiyə əlaqələri əlyazma kitabı kontekstində” adlı məqalələr üzərində işi başa çatdırıb və yaxın vaxtlarda onları institutumuzun elmi jurnallarına təqdim edəcək. Həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əli Əliyev “Qəşəm xan və Gülüstan xanım” yazılı dastan abidəsi və onun paleoqrafiyası” adlı məruzəsini ADMİU-da cari ilin 20 may tarixində keçiriləcək Beynəlxalq Konfransa göndərmiş, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədlinin “Şərəfəddin Raminin “Ənisül-üşşaq” əsərinin çap və əlyazma nüsxələri” məqaləsi institutun “Elmi əsərlər” jurnalına, elmi işçi Tahirə Əliyevanın “Quran tərcümələrindəki fərqlər” adlı məqaləsi isə “Əlyazmalar yanmır” jurnalına qəbul olunmuşdur.
“Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Nigar Babaxanova “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fransa Respublikasının elmi qurumları ilə əlaqələri” mövzusunda, həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aynur Nəcəfova “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Rusiya Federasiyasının elmi qurumları ilə əlaqəsi (2015-2020-ci illər)” mövzusunda məqalələr hazırlamış və “Əlyazmalar yanmır” jurnalının ingilis dilində nəşr olunacaq xüsusi nömrəsinə təqdim etmişlər.
“Çap kitablarının tədqiqi” şöbəsinin baş elmi işçisi, t.e.d. Tahirə Həsənzadə “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna bağışlanan əlyazmalar” mövzusunda məqaləsini “Əlyazmalar yanmır”, “Bakı neftçiləri Böyük Vətən Müharibəsi illərində” adlı məqaləsini isə institutun “Elmi əsərlər” jurnalına təqdim edib. “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə ü.f.d., dosent Rübabə Şirinovanın “Məhəmməd Qarabağinin əsərləri Özbəkistan kitabxanalarında” adlı məruzəsi Daşkənddə keçiriləcək simpoziumun materiallarına daxil edilib. Həmin şöbənin elmi işçisi Sevinc Rəhnullanın “Произведение Абдуссалaма Ахундзаде направленные против бахаи” məqaləsi Sankt-Peterburqda yerləşən Humanitar Milli Tədqiqat İnstitutunun “Нациазвитие'” jurnalına və aparıcı elmi işçi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovanın “Məhəmməd əl-Alıcı” adlı məqaləsi isə “Mədəniyyət.az” jurnalına təqdim edilib. Yaxud “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.e.d, professor Kamandar Şərifovun “Əsərlər”inin V cildi artıq nəşrə təqdim olunub.
“Şəxsi arxivlərin tədqiqi” şöbəsinin müdiri, fil.e.d. Nailə Səmədova tərəfindən “Nəriman Nərimanov Məmməd Səid Ordubadinin xatirələrində”, “Məhəmməd Hadi Əbülqasım Əminzadənin xatirələrində”, “Əbdürrəhim bəy Haqverdiyevin tərcümeyi-halı şəxsi arxiv sənədləri əsasında” və “Əbdürrəhim bəy Haqverdiyevin şəxsi arxivi” adlı məqalələr hazırlanmışdır. Müəllifin “Məmməd Səid Ordubadinin “Səttar xan” əsəri və onun əlyazma nüsxələri” adlı məqaləsi Əlyazmalar İnstitutunun “Elmi əsərlər” məcmuəsinə təqdim olunmuşdur.
Həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Yusif Bağırlının “Həkim Qəninin nəşr olunmamış iki əlyazması haqqında” məqaləsi “Əlyazmalar yanmır” jurnalına təqdim edilib.
“Elmi fondlar” şöbəsinin müdiri, fil.ü.f.d., dosent Nailə Mustafayeva “Özbək şairi Təbibinin Məhəmməd Hadi qəzəlinə yazdığı təxmis barədə” məqaləsi “Ədəbiyyat məcmuəsi” jurnalına, Sadiyyə Xanlarova “Məmməd Səid Ordubadinin poetik yaradıcılığı barədə”, İlhamə Məmmədzadə “Sədi Sani Qarabaği lirikasının səciyyəvi xüsusiyyətləri”, Zinaida Nağıyeva “Mirzə Baxış Nadim ədəbi irsinin tədqiqi və nəşri tarixi barədə” məqalələrini “Dil və ədəbiyyat” jurnalına təqdim etmişlər, yazıların jurnalın növbəti sayında dərc olunması gözlənilir.
“Kitabşünaslıq və biblioqrafiya” şöbəsinin əməkdaşları Əliyeva Aytən “Mir Cəlal əsərlərində ana obrazının təhlili” və Muxtarova Sevinc “Qarabağ mədəniyyətinin arxeoloji abidələri” adlı məqalələri üzərində işləyərək, “Humanitar və ictimai elmlərin əsasları” mövzusunda I Respublika Elmi Konfransında iştirak üçün təqdim etmişlər, materiallar təşkilat komissiyası tərəfindən qəbul olunub.
“Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin əməkdaşlarından şöbə müdiri, fil.e.d. Paşa Kərimov “Fətəli bəy Hali Gəncəvinin həyat və yaradıcılığı barədə” məqaləsini “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalına, baş elmi işçi, fil.ü.f.d., dosent İbrahim Quliyevin “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin farsdilli ədəbiyyata təsiri” adlı məqaləsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri adlı beynəlxalq konfransa təqdim edilmiş, “İnsan idealının poetik təcəssümü” adlı məqləsi “Humanitar elmlərin aktual problemləri” jurnalına qəbul olunmuş, “Nizami və Hafiz” məqaləsi isə “Elm və həyat” jurnalında çapdadır.
Böyük elmi işçi Zemfira Məmmədova “Qədim əlyazmalar və yeni elmi yanaşma” məqaləsini “Mədəniyyət.az” jurnalına, kiçik elmi işçilər Rəna İskəndərli “Şəmsəddin Sami. Dövrü, ədəbi mühiti, tədqiq tarixi”, Rüxsarə Məmmədova “Əbu Abdullah Miqdad əs-Süyuri əl-Hillinin elmi irsi və “Kənzül-irfan” əsəri” adlı məqalələrini “AMEA-nın “Xəbərlər”i jurnalına təqdim ediblər.
- Elmi-tədqiqat planında nəzərdə tutulan işlərin vəziyyəti nə yerdədir?
-“Türkdilli əlyazmaların tədqiqi” şöbəsininbaş elmi işçisi, fil.e.d. Aygül Hacıyeva “Ruhi Bağdadi Divanı dilinin üslubi xüsusiyyətləri”adlı monoqrafiyasının hazırlanması, aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Dini-qəhrəmanlıq dastanlarının araşdırılması”, aparıcı elmi işçi, fil.ü.f.d, dosent Nəzakət Məmmədli “Fəridəddin Əttarın “Pəndnamə” əsərinin türkcə tərcümələrinin tədqiqi və nəşrə hazırlanması”, aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əli Əliyev “Qəşəm xan və Gülüstan xanım” yazılı dastan abidəsinin nəşrə hazırlanması”, aparıcı elmi işçisi, t.ü.f.d., dosent Aynur Hacıqədirli “Müxtəsər Qafqaz tarixi” adlı kitabın nəşrə hazırlanması”, aparıcı elmi işçi, fil.ü.f.d, dosent Lamiyə Rəhimova “Naili “Divan”ının nəşrə hazırlanması”, elmi işçi Tahirə Əliyeva “Əhdi Bağdadinin “Gülşəni Şuarası”nın nəşrə hazırlanması”, elmi işçi Aysel Acalova “Kamal Ümmi Divanının nəşrə hazırlanması” elmi işçi Nuranə Ələkbərova “Məcruh Muğani Divanı”nın nəşrə hazırlanması”, kiçik elmi işçi Günay Quliyeva “Əlyazmalar İnstitutundakı məcmuələr kataloqunun nəşrə hazırlanması” mövzusunda plan işləri üzərində müntəzəm çalışmışlar.
“Kitabxana və elmi informasiya” şöbəsinin əməkdaşlarından böyük elmi işçi Sonaxanım Hadiyeva publisist Əbdürrəhim bəy Haqverdiyevin əski əlifbada yazılmış məktublarının müasir latın qrafikasına transfoneliterasiyası işini, baş kitabxanaçı Səadət Nəsirova Mahmud Mahmudbəyzadə, Süleyman bəy Əbdürrəhmanbəyzadə, Süleyman Sani Axundzadə, Abdulla bəy Əfəndizadə, Fərhad Ağazadə və Abdulla Talıbzadənin həmmüəllifi olduqları “İkinci il” adlı kitabının transfoneliterasiyası işini həcmində icra edib. Şöbə müdiri Qutiyera Cəfərova “Müasir elmi sənəd-informasiya resurslarının informasiya-axtarış sistemi olan İRBİS-64 proqramının elektron kataloqu vasitəsilə tərtib olunan rəqəmsal analitik-biblioqrafik informasiya bazasının texniki redaktəsini başa çatdırıb.
“Beynəlxalq əlaqələr” şöbəsində “Türkdilli əlyazmalar” kataloqunun I cildinin, “Tibbə dair əlyazmalar kataloqunun” ingilis dilinə tərcüməsi işi davam edir.
- Bəs doktorant və dissertantlarla necə işləyirsiniz?
- 29 mart 2020-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
Müsahibəni apardı:
İbrahim Quliyev

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025