Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-03-2020, 22:12)
Rüşvətdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayır

 Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinov və baş usta İmdat İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası martın 19-da keçiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslərə külli miqdarda təkrar rüşvət almaq, cinayətdə iştirakçılıq və s. əməllərə görə ittiham irəli sürülüb.
Rəsmi məlumata görə, Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025