Sosial (28-11-2019, 12:29)
SURAXANI GƏNCLƏR EVİNİN FƏALİYYƏTİ TƏQDİR OLUNUR

Son dövrlərdə digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Bütün bu uğurlar ölkəmizdə gənclər siyasətinin formalaşdırılması üçün həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir. Bu sahənin inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə həyata keçirilən gənclər siyasəti 2003-cü ildən başlayaraq uğurlu nəticələrlə yadda qalıb. Beşillik müddətə nəzərdə tutlan Azərbaycan Gəncliyi Dövlət Proqramları bu məsələdə çox mühüm rol oynayıb. Dövlət proqramları gənclərin həyatında bütün istiqamətləri əhatə edib.Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunurlar. Bu məsələ respublikamızda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir.Müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və gənclər mərkəzlərinin, gənclər evlərinin istifadəyə verilməsi də məhz həmin məqsədlərə xidmət edir. Belə gənclər evlərindən biri də paytaxtın Suraxanı rayonunda yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın 2.1.77-ci (Gənclər evinin tikintisi) bəndinə uyğun olaraq “Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsi 9 may 2014-ci il tarixində tikilib istifadəyə verilmişdir. 2 mərtəbədən ibarət olan müəssisənin ümumi sahəsi 1901 kv.m-dir. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsi, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı guşələr yaradılıb. 100 nəfərlik konfrans zalı, 45 nəfərlik dəyirmi masa, “Günəş” rəsm studiyası, videostudiya, psixo-sosial xidmət, rəqs zalı, şahmat otağı, idman zalı, elektron kitabxana, informasiya güşəsi, intellektual klub, tarix klubu gənclərin ixtiyarındadır.Əməkdaşımız Suraxanı rayon "Gənclər Evi"ndə oldu.Valideyinlərin bir neçəsi ilə görüşüb söhbətləşdi.Əksər valideyinlər gənclər evində yaradılan şəraitdən razılıqlarını bildirdilər.
Fəaliyyəti təqdir olunan Suraxanı Gənclər Evinin direktoru Natəvan xanım Rüstəmovayla görüşərək suallarımıza aydınlıq gətirməsini isdədik. Suallarımızı məmnuniyyətlə cavablandırdı:
- Suraxanı Gənclər Evi olaraq əsas məqsədimiz davamlı olaraq fiziki məhdudiyyətli gənclərlə işləmək, istedadlı gəncləri aşkar etmək, gənclərin məlumatlılığını artırmaq, gənclərdə müasir düşüncə tərzini formalaşdırmaq, onları vətənpərvər ruhda böyütmək, ekologiyanın qorunması üzrə aksiyaların təşkili, hərtərəfli inkişafları üçün, eləcə də, öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şərait yaratmaq, rayon gənclərindən alınan sorğu əsasında onlara daha yararlı olacaq mövzularda təlim, seminar, kurslar davamlı olaraq təşkil etmək, o cümlədən, gənclərin sağlamlığının qorunması sahəsində və zərərli vərdişlərin yayılmasına qarşı keçirilən silsilə tədbir və yarışların təşkilindən ibarətdir. Bu istiqamətdə gənclərin geniş fəaliyyət göstərmələri üçün Gənclər Evində müəyyən klublar (Paralimpiya Klubu, Tarix Klubu, Karaoke Klubu, "Dance" Klubu, Gənc Ailələr Klubu, Dram Klubu və s.) yaradılmışdır. Həmçinin, Gənclər Evi tərəfindən gənclərin davamlı olaraq iştirak etmələrini və gənclərin asudə vaxtını səmərəli keçməsini təmin etmək məqsədilə aksiya, gəzinti, sərgi, kurs, təlim, seminar, intellektual yarışlar və maarifləndirici tədbirlər həyata keçirilir. Gənclərə məlumat, məsləhət, peşə seçimi, könüllülük, gələcək iş fəaliyyəti kimi mövzularda görüşlər təşkil olunur, onları düzgün istiqamətləndirmək, həmçinin fərdi inkişaflarına birbaşa dəstək verilir. Bundan əlavə olaraq Gənclər Evi aztəminatlı ailələri, şəhid ailələrini, fiziki məhdudiyyəti olan şəxsləri hər zaman diqqət mərkəzində saxlayır, daimi olaraq rayon sakinlərinin müraciət və təkliflərini dinləyir, rayon daxilində aylıq olaraq sorğu keçirirlər. Suraxanı Gənclər Evi tərəfindən müxtəlif ölkələrin gənclərlə iş sahəsində təcrübələrinin öyrənilməsi istiqamətində görüşlər keçirilir və əməkdaşlıq qurulur.
***
Qeyd edək ki, Azərbaycan əhalisinin 60 faizindən çoxunu gənclər təşkil edir və gənclərə dövlət tərəfindən lazımi qayğı göstərilir. Gənclərlə bağlı uğurlu layihələrdən biri də Gənclər evləri şəbəkəsinin yaradılması idi. Hazırda Azərbaycanda 40-dan artıq Gənclər Evi və mərkəzi fəaliyyət göstərir. Bu istiqamətdə beynəlxalq təşkilatların təcrübəsindən istifadə etməyə çalışan Azərbaycan hökuməti istəyir ki, Gənclər evləri dünyanın ən qabaqcıl texnologiyaları ilə təmin edilsin, həmin evlər gənclər üçün faydalı olsun.





Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025