Sosial / Slayd (1-11-2019, 11:26)
"ÇƏTİN kommunal": Rüşvət vermir deyə sayğac quraşdırmırlar

Üç il əvvəl ümid edilirdi ki, o vaxt yeni yaradılan “ASAN Kommunal” mərkəzlərinin kommunal xidmətlərin göstərilməsi sahəsində böyük islahatdır və mərkəzlərin fəaliyyəti vətəndaşların kommunal xidmətlər göstərən təşkilatlarla ünsiyyətindəki bürokratik əngəlləri aradan qaldıracaq, asan şəkildə və korrupsiya hallarına yol verilmədən müvafiq xidmətlərdən istifadəsini təmin edəcək. “ASAN Kommunal” mərkəzində 3 qurum - “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən ümumilikdə 45 növ xidmət göstərilir. Bu xidmətlər məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması və texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi, sayğaclar üçün smart kartların verilməsi, bərpası və yenilənməsi, məcburi köçkün olan abonentlərə pulsuz limitlərin verilməsi, abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpa edilməsi, abonentin ödəniş tarixcəsinin verilməsi və sairədir.
Lakin müşahidələr göstərir ki, nə qədər kommunal xidmət təşkilatlarının hətta dolayısı ilə vətəndaşlarla ünsiyyəti zərurət olaraq qalırsa, vətəndaşların korrupsiya hüquqpozmaları ilə üzləşmək ehtimalı da bitməyəcək.
Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi - 10, mənzil - 9 ünvanda qeydiyyatda olan Məmmədov Arif Qabil oğlu Mediatv.az saytının elektron poçtuna göndərdiyi məktubda bildirir ki, Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa etdirdiyi mənzilinə elektrik sayğacının quraşdırılması məqsədilə 14 oktyabr 2019-cu il tarixdə 2 saylı Bakı "ASAN kommunal" mərkəzinə müraciət edəndən bu yana rüşvət tələbi ilə, bürokratik əngəllə rastlaşmışdır:
"Etdiyim müraciət əsasında "Üç gün ərzində sayğac quraşdırılması məqsədilə mənzilinizə baxış keçiriləcək" deyə cavab verdilər. 17 oktyabrda (077) 217-60-60 nömrəli mobil telefondan mənə zəng gəldi və zəng edən Niyazi adlı şəxs özünü "Azərişıq" ASC-nin əməkdaşı olaraq təqdim etdi. O, sayğacın quraşdırılacağı yerə baxış keçirəcəyini bildirdi və məndən harada olduğumu soruşdu. Mən həmin şəxsə kənarda olduğumu bildirdim və ona məxsus mobil nömrəni səmimi münasibətdə olduğumu qonşuma verdim ki, baxış keçirmək üçün şərait yaratsın. Çox keçmədən qonşum Niyazi ilə əlaqə saxlamış və ona mənzilin hansı ünvanda olduğunu başa salmışdır. Az sonra Niyazi mənə zəng etdi və sayğac quraşdırılması məqsədilə baxış keçirəcəyinin müqabilində məndən rüşvət tələb etdi. Onun belə bir tələbi qarşısında bildirdim ki, "hal-hazırda işdən çıxa bilmirəm, mümkünsə baxış keçir, həftənin şənbə günü səninlə görüşüb lazım olan "hörmətini" çatdıraram". O, belə bir təklifimin qarşılığında "olar, amma saat 12-yə kimi görüşək" dedikdə, ona 6-cı gün günorta saat 15-dən sonra görüşə biləcəyimi dedim. Ümumi söhbət əsnasında Niyazi "Azərişıq" ASC-nin Abşeron Şöbəsində çalışdığını bildirdi və mənə məsləhət gördü ki, 2 saylı Bakı "ASAN kommunal" mərkəzinə müraciət edim, qoy onlar gedib mənzilə baxış keçirsinlər. Bu şəxsin belə bir cavabından sonra Abşeron Rayon Elektrik Şəbəkəsinin rəisi Şahin müəllimlə əlaqə saxladım və ona məsələnin mahiyyətini tam təfsilatı ilə izah etdim. Şahin müəllim vəd etdi ki, günü sabah bu məsələ ilə bağlı araşdırma aparacaq və Niyazinin hansı əsasla məndən rüşvət tələb etməsini də dəqiqləşdirəcək".Mediatv.az-ı məlumatlandıran Arif Məmmədov bildirir ki, müraciəti əsasında 18 oktyabr 2019-cu il tarixdə 2 saylı Bakı "ASAN kommunal" mərkəzinin əməkdaşları Masazırdakı mənzilinə sayğacın quraşdırılması məqsədilə baxış keçirsələr də, bu günə kimi ödəniləcək rüsumla bağlı lazımi məlumatları kompyuterin yaddaş bazasına yerləşdirməyiblər. Onun fikrincə, məhz Abşeron Rayon Elektrik Şəbəkəsinin əməkdaşı Niyaziyə istədiyi "haqq-hesabı" vermədiyindən, onun işini ləngidirlər.
Mövzuya qayıdacağıq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025