Sosial / Problem (11-07-2019, 11:52)
Hidro-Park” MMC-dən “Azərsu“ ASC-yə uzanan şəbəkə...-FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı
Ölkədə kök atmış FETÖ terror şəbəkəsinə qarşı yetərli tədbirlərin görülməməsindən ruhlanan gülənçilər öz fəaliyyətlərini və çevrələrini genişləndirməkdədir
FETÖ-nün Azərbaycan üzrə “imam”ı Elnur Aslanovun zərərsizləşdirilməsindən sonra başsız qaldıqları düşünülən yerli fətullahçıların ölkə biznesində mövqelərini daha da gücləndirdiklərinə dair bilgilər əldə olunmaqdadır.
Məlumata görə, hazırda FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas füqurlarından olduğu ehtimal edilən “Hidro-Park” MMC-nin rəhbəri Emruz İsgəndərov, nəzarətində olan biznes zəncirinə daxil şirkətlərlə yanaşı, strateji dövlət qurumlarında da gülənçilərin yerləşdirilməsini əmin-arxayınlıqla davam etdirir.
Qeyd olunur ki, 2011-ci ildən etibarən, “Hidro-Park”da fəaliyyət göstərən İsgəndərovun FETÖ-yə cəlb olunması, onun Naxçıvan Türk Liseyində təhsil aldığı 1994-99-cu illərə təsadüf edir. Liseyin fizika müəllimi Hüseyin Avcının təsiri altında şəbəkəyə qoşulan İsgəndərovun gülənçilərlə bağlılığı Türkiyənin 9 Eylül Universitetində təhsil aldığı dövrdə (1999-2005) daha da güclənib.
Bildirilir ki, tələbəlik illərində FETÖ-yə məxsus evlərdə qaldığı deyilən İsgəndərov şəbəkənin fəaliyyətində göstərdiyi aktivliyə görə “ev imamı” və “bölgə imamı” statusuna da sahiblənib. İnformasiyaya əsasən, İsgəndərov lisey və universitet tələbəliyindən sonra da, uzun müddət – 2013-cü ilə qədər şəbəkə daxilində Avcının kurasiyası altında çalışıb. Azərbaycanda fəaliyyətə başladıqdan sonra FETÖ-nün mərkəzi strukturları ilə əlaqələrini genişləndirən İsgəndərovun bütün xarici səfərlərində şəbəkənin rəhbərliyində təmsil olunan şəxslərlə davamlı görüşləri haqda məlumatlar mövcuddur. FETÖ-nün Türkiyədə ifşa edilməsinin ardından verilən təlimata uyğun olaraq, İsgəndərov da “kamuflyaj rejimi”nə keçib. FETÖ-nün Türkiyədə 2016-ci il iyulun 15-də hərbi çevrilişə uğursuz cəhdindən sonra, Azərbaycanda Gülən şəbəkəsinə qarşı müəyyən tədbirlərin görülməsinə başlanıldı. Lakin həyata keçirilən işlərin qeyri-ardıcıllığı və “gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmadı. Bunun nəticəsində FETÖ-nün Azərbaycan şəbəkəsi nəinki öz mövcudluğunu qoruyub saxladı, hətta genişlənməkdə davam etdi. Yayılan məlumatlara görə, İsgəndərovun himayəsi altında yüzlərlə gizli FETÖ-çü “Hidro-Park” zəncirinə aid “Hidrolotus”, “Texno-Atinak”, “AzFen”, “Azertexnolayn” və digər şirkətlərdə yerləşdirilərək, şəbəkə xəzinəsinin doldurulması üçün hələ də çalışmaqdadırlar.
Gülənçilərin İsgəndərovun əli ilə “Azərsu” və digər strateji qurumlara yerləşdirilmələri isə FETÖ-nün Azərbaycan şəbəkəsinin dövlət üçün nə dərəcədə təhlükəli faktora çevrildiyini göstərir. O baxımdan, əminliklə söyləmək olar ki, FETÖ-nün Azərbaycan şəbəkəsi birdəfəlik sıradan çıxarılmasa, dövləti təhdid edən təhlükələr daha da böyüyəcək. Buna imkan verməmək üçün şəbəkəyə qarşı ləngimədən qətiyyətli tədbirlərin görülməsinə başlanılmalıdır.(yeniçağ)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024