Sosial (8-10-2018, 17:00)
Sinoptiklər sabaha 21 dərəcə isti vəd edirlər
Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Bu barədə Mediatv.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
