Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-03-2017, 11:27)
Ziya Məmmədovun şirkəti külli miqdarda borclanıb - İDDİA

Ziya Məmmədovun şirkəti külli miqdarda borclanıb
Ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilmiş keçmiş Nəqliyyat Nazirliyinin fəalliyyəti yoxlanılmağa başlayıb. Yoxlamalar Nəqliyyat Nazirliyinə tabe olan bir neçə qurumda, o, cümlədən, Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında aparılıb.Yoxlamaların nazirliyin ləğvindən sonra aparılması sabiq nazir Ziya Məmmədova qarşı yeni zərbə anlamına gəlir.Ziya Məmmədovun həbsi indilikdə real görünümür.Ona görə də rəqibləri sabiq nazirin biznes imperiyasını çökdürməyə çalışırlar.

Mediatv.az:   Bir müddət öncə Məmmədovların sahibi olduğu “Garant Holding”in balansında olan otellərin, daşınmaz əmlaklarının satışa çıxarılması haqqında informasiyalar yayıldı.Bu informasiyaların yayılması heç də təsadüfi deyil.

Məlumatlara görə, “Garant Holding”in külli miqdarda borcu var. Şirkət isə bu borcları ödəmək gücündə deyil.Şirkətin daşınmaz əmlaklarının satışa çıxarılmasını da məhz bu amillə bağlayırlar.Hər bir halda Ziya Məmmədovun nazir postunda olduğu zaman sahib olduğu, nüfuz, toxunulmazlıq artıq yoxdur. Bu isə onun rəqiblərinə əlverişli şərait yaradır.

Yoxlamaların Bakı Beynəlxalq Avtovağzalında aparılması da təsadüfi deyil.Belə ki, Bakı Beynəlxalq Avtovağzalının tikintisi zamanı xərclənən pullar hələ o zamanlar da geniş müzakirə olundu.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının layihə dəyəri 12 milyon dollar qiymətləndirilsə də sonradan tikintiyə 80 milyon dollardan artıq vəsait xərcləndiyi məlum oldu. Tikinti işlərinin Nəqliyyat Nazirliyinə tapşırılması isə Ziya Məmmədovun biznes imperiyasına necə sahib olduğunu göstərən amillərdən biridir.

Xərclənən pulların görülən işlərə adekvat olmaması Ziya Məmmədovun rəqiblərinin əlində “kozır” olaraq qalır.Yoxlamaların nəticələri bəlli olduqdan sonra Məmmədovların taleyinə aydınlıq gələcək.Ən real variant kimi, Məmmədovların sahib olduqlarının əlindən alınacağı ehtimal olunur.Hər halda gedən proseslər bunu deməyə əsas verir./Cebhe.info/ 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024