Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (15-02-2017, 13:45)
Arif Əsgərov sorğu-sual ediləcək:oğlu Elnar Əsgərov isə həbs oluna bilər

 

Arif Əsgərovun oğlu Azərbaycanı tərk edib?!: ÖZƏL                    

 

         Nəqliyyat Nazirliyinin ləğvi daha çox Əsgərovlar ailəsinə təhlükə yaradır

Mediatv.az: Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması, ölkə gündəminin əsas mövzusuna çevrilib. Baş verən dəyişiklikləri doğuran səbəblər və bu dəyişikliklərin nəticələri ilə bağlı müxtəlif mülahizələr səslənir. Yeniliyin səbəbləri bir yana, indi daha çox bu yeniliyin hansı nəticələrə səbəb ola biləcəyi-sabiq nazir və müavininin taleyi əsas söz konusudur.

Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumatlara görə sabiq nazir Ziya Məmmədov başda olmaqla, ləğv edilmiş Nəqliyyat Nazirliyinin rəhbərliyində təmsil olunmuş digər şəxslər də “qara günlərini yaşayırlar”. Ləğv edilmiş Nəqliyyat Nazirliyinin rəhbərliyinə qarşı korrupsiya ittihamı irəli sürülməsə belə, hüquq-mühafizə orqanlarında bu şəxslərin və onların ailə üzvlərinin biznes fəaliyyətləri ilə bağlı istintaq işlərinin aparılması faktdır...

Bu sırada isə sabiq nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun böyük oğlu Elnar Əsgərovun adı keçən dələduzluq ittihamı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılır. Diqqətli oxucularımıza da məlum olduğu kimi biz bir müddət əvvəl xeberinfo.com-da bu mövzuda yazmışdıq.Arif Əsgərovun oğlu Azərbaycanı tərk edib?!: ÖZƏL sərlövhəli yazımızda Elnar Əsgərovun müxtəlif adlı şirkətlərlə (“HİLUX SERVİCES” MMC-i, “ADAMAN GROUP” MMC-i və  “Araz ltd” MMC)  “Azərbaycan Dəmir Yolları” QSC ilə bir sıra əməliyyatlar aparması, barəsində Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılması və ölkəni tərk etməsi kimi məlumatlar yer alırdı.  

Bu məlumatla bağlı aldığımız yeni bilgiyə görə, Elnar Əsgərovun bu günə kimi həbsdən kənarda qalması əslində onun atasının nazir müavini olması ilə bağlı olub. İndi Arif Əsgərov nazir müavini kürsüsünü itirdiyi üçün Elnar Əsgərovun da hər an həbs olunması gözlənilir.

Xatırladaq ki, Bakı sakini Emil Məmmədovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Elnar Əsgərov haqqında istintaq araşdırması aparılır. Məlumata görə, Elnar Əsgərov artıq bir neçə dəfə istintaqa çağrılıb və dindirilib. Hətta onu zərərçəkən şəxslə üzləşdiriblər də. İstintaq zamanı Elnar Əsgərov müstəntiqin sualları və zərərçəkənin təqdim etdiyi faktlar qarşısında özünü müdafiə edə bilməyib. Proseslə yaxından tanış olan şəxsin sözlərinə görə, o zaman Elnar Əsgərovu həbsdən atasının nazir müavini olması faktı xilas edib. Ancaq onun yaxın adamları həbs olunub. İndi isə Arif Əsgərovun vəzifəsini itirməsi Elnar Əsgərovun da həbsini qaçılmaz edə bilər. Bu gün aldığımız məlumata görə Arif Əsgərovun vəzifəsini itirməsindən sonra Elnar Əsgərovun “qurbanlıq” etdiklərinin onun əleyhinə ifadə verəcəyi gözlənilir. Artıq Elnar Əsgərovun arxasında qüdrətli valideyn himayəsi dayanmır. Onların indiyədək susmaqları özlərinin də Arif Əsgərovun köməyi ilə azad olunacaqlarına bağladıqları ümiddən dolayı idi. İndi isə nə bu ümid qalıb, nə də qorxu. Bu səbəblərdən də sabiq nazirin sabiq müavininin oğlu artıq özünü əvvəlki kimi təhlükəsiz hiss etməyə bilər.

Əgər, istintaq dərinləşsə və Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbərlik etdiyi dövrdə QSC-nin tenderləri ətrafında baş verən proseslər də araşdırıla bilər. Bu isə Arif Əsgərovun övladlarının anası Balaxatın Əsgərovanın təsisçilərindən biri olduğu “Araz ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı, “HİLUX SERVİCES” MMC-i, “ADAMAN GROUP” MMC-i, “Arko-LTD” MMC-i, “Selva” MMC-i, “DONDARLI SERVİS” MMC-i kimi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-i ilə apardıqları əməliyyatların ictimaiyyətdən gizlədilən incəliklərinin üzə çıxmasına səbəb ola bilər. Məlumatlı şəxsin sözlərinə görə Arif Əsgərovun oğlu Elnar Əsgərovun yaxın adamlarından biri olan Xəyal Camal oğlu Rəhimovun təsisçisi və ya rəhbəri olduğu  “HİLUX SERVİCES” MMC-i və “ADAMAN GROUP” MMC-i ilə “Azərbaycan Dəmir Yolları” QSC-i arasında əməliyyatlar xüsusilə şok doğuracaq. Ukraynadan dəmir yolları üçün müəyyən avadanlıqların alınması prosesinin Xəyal Rəhimovun şirkətləri vasitəsilə həyata keçirildiyi haqqında iddialar var və bu iddialar bu günə kimi təkzib olunmayıb. Xeberinfo.com-a verilən məlumata görə, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-i ilə “Araz ltd” MMC-i, HİLUX SERVİCES” MMC-i, “ADAMAN GROUP” MMC-i, “Arko-LTD” MMC-i, “Selva” MMC-i, “DONDARLI SERVİS” MMC-lər arasında aparılmış müəmmalı maliyyə əməliyyatlarının üstü açılsa ictimaiyyət “Rabitə işi”ndəki üzə çıxan korrupsiya faktlarından daha dəhşətli yaşantıların şahidi olacaq. Bu korrupsiya faktının ifşa edilməsi isə indi hər kəsin vəzifə borcu olmalıdır.

Yazıda adı keçən şəxsləri və qurumları da dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Xeberinfo.com

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024