Sosial / Slayd (8-11-2016, 23:15)
Səlahiyyətsiz nazir – Ziya Məmmədov
Mediatv.az: Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalı idi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycanın sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə deyil, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılacaq.
Beləliklə, Ziya Məmmədov daha bir səlahiyyətini itirmiş oldu. Həqliyyat naziri demək olar ki, heç bir səlahiyyət sahibi deyil. Güman ki, bir müddət sonra o tutduğu vəzifədən də azad ediləcək. Yaxud da Həqliyyat Hazirliyi ləğv ediləcək.(Azadliq.info)