Sosial (13-10-2016, 17:14)
Nəsimi rayonu üzrə 2016-cı ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir - FOTOLAR
Mediatv.az: (Ardı)
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Ahıllara, müharibə veteranları və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
III rüb ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Həmçinin bir qrup müharibə veteranları, ahıllar və əlillər üçün Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzində tədbir təşkil edilmişdir.
Beynəlxalq Ahıllar günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir.
Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan 260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Ramazan və Qurban bayramları kimi əziz bayramlar münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur.
Ümumilikdə Nəsimi rayon İcra hakimiyyəti tərəfindən 2016-cı ilin 9 ayı ərzində 9700 nəfərə yardım göstərilmişdir.
Hesabat dövrü ərzində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb. 2015-2016-cı tədris ilində Elitar Gimnaziyadan 695 bal toplamış məzun Fatimə Abdinli, Texniki Humanitar Liseydən 695 bal toplamış Valeh Rəcəbov və 42 saylı tam orta məktəbdən 690 bal toplamış Aidə Qəhrəmanova Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.
Sentyabr ayının 15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr - «Bilik günü» yüksək təntənə ilə qeyd edilmişdir. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdirlər. Tədbirlərdə yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə şagirdlər və onların valideynləri təbrik edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu bildirilmişdi. Məktəb rəhbərlikləri 2015-2016-cı tədris ilində məktəblərin məzunlarının uğurlu nəticələrini tədbir iştirakçılarının nəzərlərinə çatdırmışdırlar. “Bilik Günü”nə həsr edilmiş bayramlarda məktəbə yeni qədəm qoyan birincilər üçün bayram proqramları göstərilmişdir.
“Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
İclasda qeyd edilmişdr ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Hesabat dövrü ərzində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan park əsaslı təmir edilmişdir.
Parkın ətrafındakı yaşayış binalarının fasadları - Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı 5.800 kv.m olan 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan 3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir. Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır.Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni işıq dirəkləri quraşdırılmışdır.Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır.
Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Sentyabr ayının 22-də 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır.Söhbətgahın döşəməsinə və ətrafına mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün “Abad həyət”də mini futbol meydançası da salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
H. Seyidzadə 16 a ünvanının sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir,mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
2016-cı ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1700 ərizə və müraciəti ( 2015-ci ilin 9 ayı ərzində 1355 ərizə)daxil olmuşdur.
Onlardan 358-i Prezidentin Administrasiyasından, 29-u Milli Məclisdən, 35-i Nazirlər Kabinetindən, 282-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 996-sı vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 463-ü təkrar, 171-i kollektiv ərizələrdir.
Keçən ilin 9 ayı ilə müqayisədə müraciətlərin sayı 345 ədəd artmışdır.
Artım əhalinin sosial məsələləri, mənzil məsələləri, təmir-tikinti məsələləri, xüsusilə birdəfəlik yardım məsələləri, yeniyetmələrin yay istirahətinin təşkili üzrə və uşaqlara məktəbli formasının verilməsi ilə bağlı müraciətlərin hesabına olmuşdur.
Daxil olmuş 1700 müraciətin 1638-i ərizə, 61-i şikayət xarakterli olmuşdur. Müraciətlərin 459-u müsbət həll olmuş, 786-ı barədə müvafiq izahat verilmiş, 370-i aidiyyəti üzrə göndərilmiş, yerdə qalanları baxılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə uyğun olaraq 9 ay ərzində işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin ijrası təmin edil
Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq RİH Başçısı, müavinlər və şöbə müdirləri tərəfindən həyata keçirilmiş, yerlərdə 9 ay ərzində səyyar qəbullar keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və höquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin höquqlarının və qanunla qorunan maraqlarının mödafiəsi məqsədi ilə yaradılmış Apellyasiya Şurası işini davam etdirmşdir. «Mərkəzi və yerli ijra hakimiyyəti orqanlarının Apellyasiya şuralarında müraciətlərin elektron qəbulu sisteminə» qoşulması ilə bağlı Prezident Admimnstrasiyası rəhbəri akademik Ramiz Mehdiyevin tapşırığına əsasən rayon ijra hakimiyyti tərəfindən zəruri təşkilati-texniki tədbirlər görülmüş, Rabitə və Yüsək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama mərkəzinə mürajiət edilərək elektron imza sertifikatları əldə edilmişdir. Azərbayjan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının göstərişlərinə uyğun olaraq RİH-nin saytında Rayon Apellyasiya Şurasının ayrıja elektron ünvanı yaradılmışdır.
Hesabat dövründə Administrasiyanın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin ijrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
İclasdaəldə olunmuş nailiyyətlərlə yanaşı həmdə həllinigözləyənproblemlər, çatışmamazlıqlarvə onlarınaradanqaldırılması yolları, rayondaaparılması nəzərdə tutulanabadlıqişləri, vətəndaşlarınmüraciətləriilə bağlı görülənişlərdə müzakirə olunmuşdur.
Şura iclasında Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının Sədri Milix Yevdayev 70 illik yubileyi münasibəti ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş Nəsimi rayon məktəblərinin müəllimləri təbrik edilmiş və onlara hədiyyələr təqdim edilmişdir.
Həmçinin Nəsimi RİH-nin məsul əməkdaşı Nəcməddin Yunusova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.
