Sosial / Slayd (10-10-2016, 11:44)
Ağstafada yoxlama adına pul yığıb “pay-pürüş” etdilər - ŞOK İDDİA
Ağstafa rayonunda maliyyə müfəttişlərini “razı” yola salmaq üçün rayonda pedoqoji fəaliyyətlə məşğul olan 1500-dən çox müəllimin hər birindən yığılan 50 manat RİH-də “pay-puruş” edilib.
Mediatv.az xəbər verir ki, Faktinfo.az saytına verilən məlumata görə, təhsil şöbəsi və rayonun digər təşkilatlarında aparılan yoxlamalarda Maliyyə Nazirliyinin müfəttişləri həqiqəti ortaya çıxarıb, təhsildə mənimsənilən dövlət vəsaitinin ört-basdır olmayacağını bildirib, yoxlama aparılan təşkilatların bir stəkan çayını belə içməyiblər. Onların adına müəllimlərdən yığılan pulların sahiblərinə qaytarılmasında israrlı olublar. Rayon rəhbərliyi isə əksinə olaraq, aidiyyatı bir neçə vəzifəli şəxslə müəllimlərdən yığılan pulları öz aralarında vəzifə bölgüsünə uyğun mənimsəyib, müəllimlərə geri qaytarmayıblar.
Məlumat üçün bildirək ki, faktinfo.az saytı 26.08.2016-cı il tarixində “Ağstafa təhsilinə cavabdehlər maliyyə yoxlamasına pul yığır” başlıqlı məqalə ilə çıxış edib,bu xüsusda bir neçə kənd orta məktəbinin adını çəkib, rayon təhsilində baş verən acınacaqlı vəziyyəti vurğulamışdı.Məlum məqalədən bir neçə gün sonra isə Poylu Kənd Orta məktəbinin müəllimi də bu “yığım”lara etiraz edərək Təhsil Nazirliyinə şikayət etmişdi.