Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-09-2016, 09:52)
Baş bankirin “Planet”i əhalini etiraza qaldırır - FOTOLAR

Elman Rüstəmovun “Planet”i əhalini etiraza qaldırır

 

Sakinlər deyir ki, baş bankirin qardaşının idarə etdiyi restoran yolkəsənliklə yanaşı, onları “səs terroruna” məruz qoyur: “..Yolu bağlayacağıq”... 

 

Mediatv.az:  Bakı sakinlərinin problemlərindən biri də şadlıq saraylarının, səs-küylü istirahət məkanlarının yaşayış evlərinin yaxınlığında yerləşməsidir. Xüsusən də həmin məkanların gecə saatlarında fəaliyyətə başlaması yaxınlıqda yaşayan insanların rahatlığını pozur. 
“Yeni Müsavat” qəzetinə mütəmadi olaraq buna dair şikayətlər daxil olur. 
Nizami rayonunda, “Planet” şadlıq sarayının ətrafında yaşayan sakinlər də sözügedən problemdən əziyyət çəkir. Gecə yarısına qədər davam edən dəbdəbəli şənlik mərasimlərinin səsi insanları yatmağa qoymur. Bu cür tədbirlər qış aylarında restoranın içərisində keçirildiyindən yüksək səs ətrafda yaşayanları bir  o qədər də narahat etmir. Lakin yay aylarında isə açıq havada keçirilən tədbirlərin səsi insanları “səs terroru”na məruz qoyur. 
Məhsəti küçəsinin sakinləri restoranın səsindən gecələr gözlərinə yuxu getmədiyini dedilər: “İllədir ki, burada məskunlaşmışıq. Gördüyünüz kimi, onlarla ailə bu durumdan əziyyət çəkir. Səsdən-küydən gözümüzə yuxu getmir. Restoran yiyəsi başa düşmür ki, bu qədər əhali burada narahatdır. Bir dəfə gedib narazılığımızı bildirdik ki, yığışdırın bu rəzaləti. Kimə deyirsən... Yenə öz işlərindədirlər. Qışda toy da, şənlik də içəridə olurdu. Onda səs az gəlirdi. İndi restoranın həyətinə köçürüblər, ad günü, xırda məclislər edirlər. Çalğı da gecə saat 2-yə kimi davam edir”. 
Adının çəkilməsini istəməyən başqa bir sakin restoranda atəşfəşanlığın da olduğunu dedi: “Bu insanların rahatlığının və haqqının pozulmasıdır. Yaşayış binasının arxasında toy-bayram olarmı? Bir də görürsən partlayış başladı. Elə bil müharibədir. Yüksək səsli partlayıcılar, fişənglər atılır. Uşaq yuxudan diksinib oyanır. Bir də görürsən ki, səsi olmayan, qeyri-peşəkar bir müğənni kobud  səslə mahnı ifa edir. İndi gəl  buna döz. Əgər bu cür vəziyyət davam edərsə, sakinlər yığışıb, magistral yolu bağlayacağıq. Artıq bezmişik”.
Digər bir problem isə “Planet”in yolda tıxac yaratmasıdır. Şadlıq evi yolun düz kənarında yerləşdiyindən burada avtomobillərin hərəkətinə ciddi problem yaranır.   
 
Məsələ ilə bağlı “Planet” şadlıq sarayının rəhbərliyi ilə görüşməyə də cəhd  etdik. Restoranın məsul işçilərindən biri sakinlərin şikayətinin əsassız olduğunu dedi: “Bizim məclislər gecə yarısına kimi davam etmir. Sakinlər bunu doğru söyləmirlər. İndiki məclislər onsuz da tez yekunlaşır. Axşam saat -11-də demək olar ki, bitir. Musiqiyə gəldikdə isə maksimum dərəcədə çalışırıq səs-küy olmasın”.
Qeyd edək ki, «Planet» şadlıq sarayının Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova məxsus olduğu söylənilir. Mətbuatda gedən məlumatlara görə,  bu şadlıq evinin idarəçiliyini ölkənin baş bankirinin qardaşı Talıb Rüstəmov həyata keçirir. Ötən il Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şadlıq sarayı arasında problem yaranmışdı. Belə ki, icra hakimiyyətinin rəsmiləri şadlıq evinin bir hissəsinin plana düşdüyündən söküləcəyini bildirmişdilər. Məhz Elman Rüstəmovun müdaxiləsindən sonra yerli icra hakimiyyəti “Planet”i sökmək niyyətindən daşınmalı oldu. 
Şadlıq sarayları və restoranlardan gələn musiqi səsinin insanları narahat etməsinə gəlincə, buna Bakının hər yerində rast gəlmək mümkündür. Ekspert isə hesab edir ki, bu yaşam normalarına ziddir. 
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli “Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirərək  qeyd etdi ki, aidiyyəti qurumlar mövcud qaydalara əsasən monitorinqlə aparsa, həmin obyektlərin bir çoxu bağlana bilər: “Yaşayış sahələrinin yaxınlığında bu cür obyektlərin tikilməsi qanunla tənzimlənir və xüsusi olaraq hər bir yaşayış massivi üçün sosial infrastrukturun qurulması  üçün yerlər ayrılır. Lakin bizdə restoranlar yaşayış binalarının yerləşdiyi və əhalinin çox sıx məskunlaşdığı ərazilərdə tikilir. Bu həm şəhərsalma normalarına  ziddir, eyni zamanda sanitar-gigiyenik normalar çox ciddi pozulur. Xüsusən şadlıq evlərinin mətbəxində yemək bişirmək üçün nəzərdə tutulan sobalarından çıxan tüstü borularla yaşayış binalarının olduğu əraziyə buraxılır. Elə yerlər var ki, orada ümumiyyətlə kababxanaların tüstüsündən  nəfəs almaq mümkün deyil. Bu həmin ərazidə yaşayan insanlarda, xüsusən azyaşlılarda allergik xəstəliklərin yaranmasına gətirib çıxarır, eyni zamanda ağciyər-nəfəs yollarının kəskin iltihablı xəstəliklərin yaranmasına gətirib çıxarır. Eyni zamanda səhərə qədər davam edən musiqi sədaları insanların sinir sisteminə ciddi ziyan vurur, onların istirahətinə mane olur. Bakı şəhər icra hakimiyyəti bu məsələlərdə xüsusi imtiyazlara sahib olmalıdır, lazım gələndə obyektlərin bağlanılmasına belə getməlidir. Lakin etiraf etmək lazımdır ki, bu obyektlərlə müvafiq qurumların nümayəndələri arasında sövdələşmə mövcuddur və ona əsasən fəaliyyət göstərə bilirlər. Mövcud qaydalara əsasən monitorinqlə aparılsa, o cür obyektlərin bağlanmasına gətirib çıxaracaq kifayət qədər faktlar var”. 
Qeyd edək ki, qanunvericiliklə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları müəyyənləşdirilib. Bu normalara əsasən kafe, restoran, yeməkxanaların zallarında gündüz saatlarında səsin yolverilən maksimal həddi 65 desibeldən çox olmamalıdır.




шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024