Sosial / Slayd (31-08-2016, 19:13)
“Cəbrayılsu”da biabırçılıqlar davam edir - İTTİHAM VAR
Mediatv.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 16 və Naxçıvanski küçəsi 88 və 90 -dan bir qrup sakin Legion.az saytının redaksiyasına müraciət edib. Müraciətdə deyilir ki, Nizami rayonunda ağaclar susuzluqdan məhv olur. “Azərsu” ya dəfələrlə müraciət olunsa da, onların müraciətlərinə baxan olmayıb. Müraciətdə sadəcə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdan xahiş olunur ki, Nizami rayonunun ərazisində yaşayış binalarının aralarındakı , həyətyanı sahələrə sovet dönəmindən bəri yaşıllığı sulamaq üçün çəkilən su borularına su verilsin ki, ağacların məhv olmasının qarşısı alınsın.
Ancaq bu günəcən Nizami rayonunun sakinlərinin müraciətinə cavab verən olmayıb. Qeyd edək ki, “Azərsu” ASC-nin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin kurasiyasında olması barədə mətbuatda çox yazılıb. Və hətta Rövnəq Abdullayev özü və qohumu Sədaqət Vəliyeva Nizami rayonundan deputat seçilsələr də, hələ də sakinlərin müraciətinə dəstək verən yoxdur. Ümid edək ki, bizim yazımızdan sonra aidiyyatı qurumlar və əsas da Yaşıllaşdırma İdarəsi bu problemi nəzarətə götürərək Nizami rayonundakı ağacların soyqırımının qarşısını alacaq. Onu da əlavə edək ki, “Azərsu”da rəhbərlikdə və “açar” vəzifələrdə əsasən cəbrayıllıların yerəşdirilməsinə görə, el arasında bu quruma “Cəbrayılsu” da deyirlər…