Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-08-2016, 16:26)
“Azərsu” Xətai sakinlərini qanunsuz ödənişə məcbur edir

 

“Azərsu” Xətai sakinlərini qanunsuz ödənişə məcbur edir

 

Paytaxtın Xətai rayonunda Azərsu ASC-nin yerli idarəsi Tarif Şurasının 2016-cı il mayın 15-də suyun qiymətinin qalxması barədə qərarından sui-istifadə edir.
 
Mediatv.az xəbər verir ki, Sakinlərin axar.az-a verdiyi məlumata görə, Azərsu ASC-nin Xətai Sukanal İdarəsi tərəfindən bu ilin fevralında Gəncə prospekti 2942A ünvanında (470 mənzilli yeni tikili) quraşdırılan sayğacların qeydə alınması prosesinə başlanılıb. Sakinlərin sözlərinə görə, o vaxta qədər sayğaclar olsa da, su pulu adambaşına hesablanıb:
 
“2016-cı ilin fevral ayından isə sayğacların möhürlənməsi və qeydiyyatı başladı və mart ayından adambaşına ödəmə dayandırıldı. İdarə işçiləri bildirdilər ki, bundan sonra sayğaca uyğun ödəmə aparılacaq”.
 
Ancaq aradan aylar keçsə də, Azərsu ASC-nin Xətai Sukanal İdarəsi sakinlərə kodları təqdim etməyi yubadıb və bunu binada sayğacların qeydə alınmasının gecikməsi ilə izah edib:
 
“Suyun qiyməti mayın 15-də 36 qəpikdən 50 qəpiyə qaldırıldı. O zaman biz idarəyə müraciət etdik ki, sayğacların üstündəki rəqəmlərin götürülməsi və kod verilməsini təmin etsinlər, biz də əvvəlki borcları köhnə tariflə ödəyək. Lakin idarədən heç bir səs çıxmadı”.
 
Avqust ayının əvvəlindən isə idarə əməkdaşları kodları paylamağa başlayıblar və borclu abonentlərdən bütün borcu yeni tariflə - 50 qəpikdən ödəməyi tələb ediblər.
 
Sakinlərin sözlərinə görə, bu qanunsuzluğun aradan qaldırılması üçün Xətai Sukanal İdarəsinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb, idarə yetkililəri bütün borcun yeni tariflə ödənilməli olduğunu bildiriblər.
 
Xətai Rayon Sukanal İdarəsindən Axar.az-a bildirildi ki, yaranmış problemin səbəbkarı MTK rəhbərliyidir: “Biz mənzilləri ayrı-ayrılıqda deyil, bütövlükdə binanı qeydiyyata alırıq və ondan sonra fərdi qaydada kodlar paylanılır. Təəssüf ki, binanın sayğaclaşmasında kecikmə oldu, bəzi mənzillərdəki sayğacları iyun ayında qeydə ala bildik və binanın kodlaşması da bu ayda gerçəkləşdi. Buna görə də hazırda ödənişlər yeni tariflə tələb edilir”. 
 
Görünür, məsələnin mahiyyəti də bundadır. Hər hansı bir qurumun səhlənkarlığının nəticəsi ayrı-ayrı abonentlərin hüquqlarının pozulması və onların əlavə ödəniş məcburiyyətində qalmasına səbəb olmamalıdır.
 
Azərsu ASC-dən məsələyə münasibət öyrənmək mümkün olmadı.  
 
Xatırladaq ki, bu ilin mayın 15-dən Tarif Şurasının qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, tullantı sularının axıdılması xidmətlərinin tarifləri isə əhali üçün 15 qəpik (ümumilikdə 50 qəpik) səviyyəsində təsdiq olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024