Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-08-2016, 11:12)
Saatlıda 143 manatlıq 200 iş yeri müəmması: ilginc əməliyyat və “İnkişaf” MMC sirri

Saatlıda 143 manatlıq 200 iş yeri müəmması: ilginc əməliyyat və “İnkişaf” MMC sirri

 

 Mediatv.az xəbər verir ki, Saatlı rayonunda baş verən ilginc maxinasiylar haqda cumhuriyyet.az saytı sensasion məlumat yayıb.
Sayt iddia edir ki, Saatlı rayon maliyyə idarəsində son devalivasiya və bahalaşma prosesi zamanı yaranmış sosial narazılığın qarşısın almaq üçün rayon rəhbərliyi tərəfindən maraqlı əməliyyat həyata keçirilib.

Mənbənin məlumatına görə bu ilin əvvəllərində iki yüzə yaxın rayon sakininin işlə təmin olunması prosesinə başlanıb. Rayon icra hakimiyyəti tərəfindən aparılan prosesdə yüz nəfərin komunal təsərrüfat birliyində (“kamxoz”), yüz nəfərin isə “İnkişaf” MMC-də işə düzələcəyi bildirilib. İlk vaxtda ərizələri alınan və “işə götürülən” vətəndaşlara 250 manat əməkhaqqı alacaqları bildirilib, amma bir ayın tamamında onlara 143 manat maaş verilib. İlk ayın əməkhaqqısının verilmə prosesi də maraqlı olub. Belə ki, təxminən ikiyüzə yaxın şəxsə maaşı icra hakimiyyətinin memarlıq şöbəsinin baş məsləhətçisi Əliabbas adlı şəxs paylayıb. Bu haqda saytın etibarlı saydığı mənbədən əldə etdiyi məlumata görə əməkhaqqı cinayət törədilmiş kimi gizli şəkildə rayon xəstəxananın yanındakı beşmərtəbənin arxasındskı parkda verilib və hər kəsə adi kağıza imza atdırılıb.

Sayta veriləm məlumata görə “yeni iş yeri kimi işlə təmin olunan” və müəmmalı 143 manatı alan şəxslər arasında icra hakimiyyətinin sıravi işçiləri, hətta icra başçısının Zaur adlı köməkçisi də var. İkinci aydan etibarən isə müəmmalı iş yerlərinin əməkhaqqısı KapitalBankın Saatlı rayon filialı tərəfindən kart vasitəsilə verilir. Maraqlıdır ki, bu günədək həmin şəxslər harda işlədikləri, hansı işin yiyəsi olduqları haqda heç bir məlumata malik deyillər.

Prosesdə adı keçən qalmaqallı “İnkişaf” MMC və bütün bu əməlliyatın KapitalBankın Saatlı rayon filialının rəhbəri Sakit Zahidovla əlaqəsi haqda da ilginc məlumatlarımız var və bu haqda növbəti yazımızda bəhs edəcəyik.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025