Sosial / Slayd (20-06-2016, 14:26)
“Şərq Bazarı”nın sahibi danışdı: “onlar cinayətkardır”
Sumqayıtdakı “Şərq Bazarı” ilə bağlı qalmaqal böyüyür
Sumqayıtdakı “Şərq Bazarı” ilə bağlı tərəflər arasındakı mübahisə yeni müstəviyə keçib. Bununla bağlı dükan sahibləri mətbuata yeni məlumat veriblər. Məlumata görə, sahibkar Rəşid Babayevlə Sumqayıt İcra Hakimiyyəti başçısının birinci müavini Akfi Quliyev birləşərək, onlara məxsus olan 66 dükanı əllərindən almağa çalışırlar. «Artıq dükanlarımızın qarşısı hasarlanıb. Abadlaşdırma adı altında həyata keçirilən proses nəticəsində dükanlarımız fəaliyyətsiz hala düşüb. Nəticədə, 300 nəfərə yaxın insan işsiz qalıb».
Bazar sahibi ilə ərazidəki dükan sahibləri Sumqayıt Apellyasiya Məhkəməsində görüşməli olacaqlar. Bu vaxta qədər davam edən məhkəmə çəkişmələri nəticəsiz qalmaqdadır.
Bununla bağlı “Şərq Bazarı”nın sahibi Rəşid Babayev xeberinfo.com-un əməkdaşı ilə telefon danışığında bildirib: “Uzun müddətdir ki, ərazidəki dükan sahibləri ilə məhkəmələrdəyik. İndi də işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Əvvəlki məhkəmənin qərarı qaneedici olmayıb. Baxmayaraq ki, mənim bütün sənədlərim qaydasındadır.
Onlar cinayətkardırlar, ağızlarına gələni danışırlar. Hara, nə yazmaqları da mənim üçün maraqlı deyil. Bşqa nə deyə bilərəm ki?”
Qarşı tərəfi də dinləməyə hazırıq.
Xeberinfo.com