Sosial (26-05-2016, 14:10)
AQRAR UNİVERSİTETİNDƏ ONLİNE MÜHAZİRƏLƏR BAŞLAYIB - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetinin Moskva Dövlət Yerquruluşu Universiteti ilə mzaladığı müqaviləyə əsasən Aqrotexnologiya fakültəsində Rusiya, Azərbaycan, Ukrayna, Moldaviya, Belarusiya, Tacikistan, Qırğızıstan və başqa MDB dövlətlərinin universitetlərinin iştirakı ilə Online-Yerquruluşu və kadastr işlərinin yerinə yetirilmə səviyyəsinin yüksəldilməsi yolları istiqamətində mühazirələrə başlanılıb.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə 5 gün davam edəcək online mühazirələrdə yerqurluşu, torpaq kadastr işlərinin müasir vəziyyəti və gələcək inkişaf yolları, torpaq islahatı, onun üstünlükləri və yaranan problemlər, torpaqdan istifadənin müasir metodlarla monitorinqi və kadastr bankının yaradılması, kadastr mütəxəssislərinin yetişdirilməsi işlərinin təşkili, daşınmaz əmlakların qeydiyyatı və reystr xidmətinin təşkili, Yerquruluşu və kadastr istiqamətində aparılan elmi-tədqiqat işlərinin müqayisəli təhlili, Goğrafi İnformasiya Sistemləri əsasında müasir metodlarla qrafiki materialların hazırlanması və məlumat bazasının yaradılması məsələrindən danışılacaq, qarşılıqlı tədris təcrübələri öyrəniləcək.
