Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-05-2016, 21:40)
Etibar Pirverdiyevin işçisi fəhlələri həbslə hədələyir

«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinə (ASC) tabe olan qurumların əksəriyyətində müxtəlif qanun pozuntuları hökm sürməkdədir.


Həmin müəssisələrdən biri də «Şimal ES» MMC-dir. Xatırladaq ki, bir neçə gün əvvəl burda işləyən fəhlələr əməkhaqlarını ala bilmədiklərinə görə şikayət etmişdilər: «Yanvar-aprel aylarının maaşlarını vermirlər. Qarşımıza bir-iki sahə rəisini çıxarırlar, onlar da boş vədlər verib bizi yola salırlar. Hər gün toplaşırıq, tələblərimizi səsləndirib dağılışırıq». Şüvəlan qəsəbəsində yerləşən «Şimal-2» Elektrik Stansiyasının tikintisini həyata keçirmişik. Bunlar keçən ildən başımıza bu oyunu gətirirlər. Keçən ilin mayından yığılan maaşlarımızı ilin sonunda beləcə orda-burda toplaşmaqla zorla aldıq. Yanvardan bu günədək isə havayı işləyirik. May yarı olub, biz yanvar-aprel aylarının maaşlarını almamışıq. Kimin adamı var, 1000-1500 alır, bizim kimilər isə 400-500 manata işləyir. Evimdə xəstə anam, əməliyyatdan çıxmış azyaşlı balam var. Nə qədər pulsuz işləyərlər? Hər gün toplaşırıq bura, bir adam çıxıb konkret söz demir. Dövlətin sifarişi ilə görülən işdir. Hanı dövlətin təminatı? Bilmirik, hələ neçə gün bura toplaşmalıyıq, qışqırmalıyıq ki, kimsə içəridən çıxıb səsimizə səs versin. Şəxsən mən pulumu almayana qədər burdan tərpənən deyiləm»

. «Şimal ES» MMC-dən bildirilib ki, fəhlələri qəbul edərək onlarla danışıqlar aparıblar. Fəhlələrə tezliklə maaşlarının tam ödəniləcəyi bildirilib. Qeyd edək ki, 2011-ci il sentyabrın 21-də prezident İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən «Şimal» Elektrik Stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib. «Şimal-2» Elektrik Stansiyasının tikinti layihəsini Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı maliyyələşdirib. Layihənin 2013-cü ildə yekunlaşması nəzərdə tutulsa da, tikinti işləri hələ başa çatmayıb. 

Bakunews.az Gundelik-baku.com-a istinadən xəbər verir ki, fəhlələrin etirazına baxmayaraq, hələ də MMC rəhbərliyi onların maaşını verməyib. Üstəlik, etiraz edən fəhlələrin bir neçəsi həbslə hədələnib. Fəhlələrdən biri deyir ki, dünən şirkətin direktor əvəzi Qeysər Baxışovu maşına minərkən tuta biliblər: «O bizə dedi ki, hara istəyirsiniz şikayət edin. Pulun olmadığını deyən direktor əvəzi məni və başqa bir iş yoldaşımı həbslə hədələdi. Dedi ki, elə etməyin ki, sizi bir neçə illik həbsə göndərim. Biz ondan halal pulumuzu tələb edirik. Bizi nəyə görə həbs etdirməlidir ki? Məgər dünya dərəbəylikdir?». Məsələ ilə bağlı MMC-nin direktor əvəzi Qeysər Baxışovla əlaqə saxladıq. O isə bu məsələnin onlara aidiyyətinin olmadığını deyərək dəstəyi üstünə asdı. Ümidvarıq ki, ASC sədri Etibar Pirverdiyev fəhlələrin haqqını tapdalayan MMC rəhbəri ilə bağlı tezliklə bir tədbir görəcək. Mövzunu diqqətdə saxlayacağıq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024