Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-05-2016, 11:44)
Xətai: Müavin hansı pulla villa tikdirib? – FOTOLAR

 

 

Bu günlərdə Xətai rayon ərazisində yaşayan bir xanım redaksiyamıza müraciət etib.

 

Mediatv.az xəbər verir ki, onun sözlərinə görə, Xətai RİH onun evini sökməyə hazırlaşdığını eşidib və xahiş edib ki, onun nə qədər təzminat ala biləcəyini öyrənək. Bizim əməkdaş onunla birlikdə Xətai RİH-ə baş çəkib, yerli özünüidarəetmə orqanları və ərazilərin idarəsi şöbəsinin müdiri Zaməddin Əkbərovla görüşüb. Z.Əkbərov bildirib ki, bizə müraciət edən Xətai sakininin evi sökülməyəcək.

"Mən o ərazini tanıyıram. Xətai RİH başçısının müavini Rafiq Quliyevin də üçmərtəbəli evi də orda yerləşir”, – deyə Z.Əkbərov bildirib. Stop! Bizim məmurların korrupsiyaya qurşanması çoxdan dillərdə əzbər olub. Amma bizə yenə də maraqlı gəlir, Rafiq Quliyev özünə üçmərtəbəli villanı hansı vəsaitlərlə tikib? 2016-cı ilin fevral-mart aylarında Qafqaznews.az və Kavkaznews.az saytlarında sahibkar xanım Sevinc Hacıyevanın mülkiyyət hüquqlarının pozulması ilə bağlı bir neçə yazı dərc edilmişdi.

Fevralın 11-də Xətai RİH nümayəndələri tərəfindən "KAT” MTK ərazisində avtomobillərə xidmət məntəqəsinin sökülməsi barədə Kavkaznews.az xəbər vermiş, bu məsələ ilə bağlı müxtəlif şəxslərdən açıqlama alaraq, dəfələrlə dərc etmişdi. Bununla yanaşı xatırladaq ki, bu müəssisə Xətai RİH-in 9 mart 2005-ci il tarixli sərəncamına əsasən tikilib. 2015-ci il iyulun 13-də Xətai Rayon Məhkəməsi S.Hacıyevanın bu obyekti inşa etmək hüququnu tanıyıb.

"KAT” MTK-ya həvalə olunub ki, S.Vəzirov 11 ünvanında yüngül konstruksiyalı avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə şərait yaratsın. Bununla yanaşı, xatırladaq ki, S.Hacıyeva sözügedən obyektin tikilməsi ilə bağlı sərəncam 2005-ci ildə ovaxtkı RİH başçısı (hazırda Yasamal rayonunun icra başçısı) İbrahim Mehdiyev tərəfindən verildiyini bildirib: "2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev avtomobillərə texniki Moyka1-3-1xidmət məntəqəsini təsdiq edib”. Biz mayın 18-də Sevinc Hacıyevadan xahiş etdik ki, Rafiq Quliyevin villası barədə məlumatı şərh etsin. "Xətai RİH məhkəmə qərarına məhəl qoymadan mənim mülkiyyətimi dağıdır, başçının birinci müavini isə özünə üçmərtəbəli villa tikdirir. Bilmək istərdim, bu villa hansı pullarla tikilib və həmin villanın tikilməsinə qanunlara əməl olunubmu?”,- deyə S.Hacıyeva sual verir.(Kavkaznews.az)

 

 
 
 
 
 
 
 
 
 
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024