Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (15-05-2016, 23:35)
KƏLBƏCƏR "QAN AĞLAYIR", MƏHKƏMƏ İCRAÇISI "CAN" HAYINDA-ÖZƏL

 

Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları ədliyyə orqanlarında çalışan işçilərin qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Qaydalara əsasən, ədliyyə işçisi insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. O, hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməlidir; şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Amma əfsuslar olsun ki, ədliyyə işçiləri arasında bütün bu sadalanan dəyərlərə əhəmiyyət verməyən əməkdaşlara rast gəlinməkdədir.Mediatv.az-a Kəbəcər rayon məhkəmə icra qrupunun rəhbəri Rafiq Əsgərov barəsində şikayət məktubu daxil olub. Hələlik adının açıqlanmasını məqbul saymadığımız xanım şikayətçi yazır ki, Əsgərov onu öz kabinetində işlə əlaqədar qəbul edərək, qapını içəridən bağlamış təcavüz xarakterli hərəkətlər etməyə cəhd göstərmişdir. Şikayətçinin Mediatv.az-a təqdim etdiyi audio-video qeydlərdən məlum olur ki, kabinet sahibi öz qonağına əxlaqsız təkliflər edir. Bu mövzuda yazacağımız növbəti yazıda həmin sübutları təqdim edəcəyik. Şikayətçi redaksiyamızın tribunasından heysiyyatına toxunulmuş bir azəri qadını kimi Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edərək, Əsgərovun barəsində ciddi ölçü götürülməsini istəyir. Ədliyyə orqanları işçilərinin etik davranış qaydalarında 6.1.2. ayrıca məhkəmə icraçıları üçün də riayət etməli olduqları (maddə 6.1.2.) davranış xüsusiyyətləri öz əksini tapmışdır: "İcra işi ilə bağlı tərəflər və ya onların qohumları (yaxınları) ilə xidmətdənkənar münasibətlər qurmamalıdır; aralarında münaqişə olan tərəflərin münasibətlərinin kəskinləşməsinə şərait yaratmamalı, zərurət olduqda, ayrı-ayrı icra hərəkətlərini həyata keçirərkən həmin şəxslərin bir-biri ilə təmasda olmamaları üçün tədbirlər görməlidir; icra hərəkətlərini həyata keçirərkən iş üzrə tərəflərin, eləcə də cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin şərəf və ləyaqətini alçalda biləcək hərəkətlərə yol verməməlidir. 

Mövzunu diqqətdə saxlayacağıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024