Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-04-2014, 20:26)
Azərbaycan Universitetində qalmaqal

 

Ölkəmizdə təhsilin vəziyyəti hər kəsə bəllidir. Təhsilimizin bərbad hala düşməsində özəl universitetləri rolu danılmazdır.

Çünki apardığımız araşdırmaların nəticəsində bəlli oldu ki,dövlət universitetlərindən fərqli olaraq özəl Universitetlərdə ciddi qayda-qanun yoxdur. Bu gün yolumuzu saldığımız Azərbaycan Universitetində eşitdiklərimiz isə bizi dəhşətə gətirdi. Belə ki, AZERİNFO.ORG olaraq Universitetdə tələblərə “təhsilimizin səviyyəsindən razısınmı?”-sualı ilə müraciət etdik. Tələblərin cavabları sözün doğrusu bizi caşdırdı.

Adlarının açıqlanmasını istəməyən tələblər açıqlamasında maraqlı nüanslara toxundular. Tələblərdən Universitetin rektoru Eldar Qəhrəmanovun burada rüşvət karuseli yaratdığıni bildirməklə yanaşı buradakı vəziyyəti biabırçı olduğunu bildirdi. Ən maraqlısı isə biz orada olduğumuz zaman dərs vaxtı olsa da bütün tələbələr dərsə girməyərək küçədə gəzirdilər. Bizim orada oldumuzu görən mühafizə xidmətinin əməkdaşı tələbləri icəri dəvət etsə də,tələbə israrla dərsə girməkdən imtina edirdi. Bu zaman mühafizə xidmətinin əməkdaşı tələbənin qolundan titaraq Universitetin qapısından icəri saldı. Tələblər son günlər ərzində dərsə girməməklərinin səbəbini onunla izah edirlər ki, keçən qış sesiyasından kəsir qalan imtahanlarını verə bilmirlər. Universitet rəhbərliyi onlardan 300 AZN pul istəyir. Adını açıqlamayan başqa bir tələbə isə bura əsl bazardır. İmtahanlar zamanı hər imtahandan onlardan 100 manat istədiklərini deyən tələbə bu Universitetə də pulla daxil olduğunu etiraf etdi.Qeyd edək ki,2013-cü ildə bu Universitetdə məhz rüşvət qalmaqalına görə tələbələr etiraz aksiyası keçirtmişdi.

Universitet rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz isə heç bir nəticə vermədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

шаблоны для dle 11.2

Xəbər lenti
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
17 09 2024
17 09 2024