Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-01-2016, 12:40)
Qaradağda məmur özbaşınalığı...


 

Qaradağ rayonunda olduqca acınacaqlı durum yaranıb

Mediatv.az xəbər verir ki, rayon icra hakimiyyəti strukturlarının rəhbər vəzifəli məmurları tərəfindən yerli sahibkarlara qarşı yolverilməz rəftarın sərgilənməsi səbəbilə adı tez-tez mətbuatın gündəminə gətirilən inzibati ərazi vahidlərindən biri də paytaxtın Qaradağ rayonudur. Xüsusilə rayonun Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasının sahiblərindən bu mövzuda mütəmadi olaraq həm ölkə mətbuatına, həm də digər müvafiq instansiyalara şikayət məktubları ünvanlanmaqdadır. Bu xüsusda aldığımız ən son məlumatlardan birində isə, karxana sahiblərindən biri, Fəxrəddin adlı iş adamı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovanın yol verdiyi özbaşınalıqlardan, bu xanım məmur tərəfindən sahibkarlara qarşı irəli sürülən pul tələblərindən bəhs etmişdi. Ümumiyyətlə isə, Bizimdovr.az-a daxil olan məlumatlarda vurğulanır ki, bu gün Qaradağ rayonunda olduqca acınacaqlı durum yaranıb. Bir çox açıqlamalarda irəli sürülən iddialara görə, hazırda məhz Təranə İsmayılova icra başçısı Süleyman Mikayılovun adından rayonu xüsusi mülkiyyəti kimi idarə edir. Təsadüfi deyil ki, yerli iş adamları xüsusilə son zamanlar rayonda yaranan gərgin atmosferdən tez-tez şikayətçi olurlar. Belə ki, Təranə İsmayılova tərəfindən daima təzyiqlərlə üzləşən bir çox sahibkarlar icra başçısının “fonduna” vəsait ödəməkdən demək olar ki, müflis olublar. Daha sonra məlumatlarda vurğulanır ki, bu gün Qaradağda inşa olunan qanunsuz tikililər də birbaşa bu xanım məmurun kurasiyasındadır. Açıqlamalar görə, rayonda son illərdə inşa olunmuş 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait isə milyonlarla ölçülür. Həmçinin aldığımız məlumatda bildirilir ki, bu gün Təranə İsmayılova Bakının məşhur “Albalılıq” ərazisində özünün üç oğlundan hər birinə dəbdəbəli bir villa tikdirib. Bu villaların inşasında istifadə olunmuş daş, qum, çınqıl, sement, üzlük və digər materiallar isə, yenə də Qaradağ rayonunda fəaliyyət göstərən sahibkarların obyektlərindən “müsadirə” olunub.
Bu arada belə bir faktı da qeyd etmək lazımdır ki, bu xanım məmur sabiq Səhiyyə naziri Əli İnsanovun kadrlarından hesab olunur. Bir çox mənbələrdən əldə etdiyimiz məlumatlara görə, keçmiş nazirin vaxtında Səhiyyə Nazirliyinin kadrlat şöbəsində baş müfəttiş vəzifəsində işləmiş bu xanım, nazirin əsas “pulyığanlarından” biri kimi tanınırdı. Bundan sonra isə, Təranə İsmayılova bir müddət Qaradağ rayonundakı 39 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasının baş həkimi vəzifəsində işləyib. 2014-cü ilin fevral ayının 13-dən isə, Süleyman Mikayılovun müvafiq əmri ilə Təranə İsmayılova Qaradağ RİH-nə icra başçısının müavini vəzifəsinə təyin edilib. Həmçinin daxil olan məlumatlarda vurğulanır ki, Təranə İsmayılova hazırda bir vaxtlar Səhiyyə Nazirliyində yiyələndiyi təcrübədən yararlanaraq, rayonda təhsil və səhiyyə sahələrində kadr məsələlərinə, daha dəqiq desək, bu sahələrdə kadrların işə qəbul məsələlərinə də nəzarəti həyata keçirir. Bu isə təbii ki, başçının müavini üçün daha bir gəlir mənbəyi rolunu oynayır. Bu xüsusda açıqlama verən mənbənin iddiasına görə, bu gün birbaşa Təranə İsmayılovanın razılığı alınmadan Qaradağın heç bir təhsil və tibb müəssisəsinə nə müəllim, nə həkim, nə də hər hansı digər bir vəzifəyə işə qəbul olunmaq mümkün deyil. Əvəzində isə, bu xanım məmur rayonun bütün müvafiq müəsisələri üçün az qala sözün əsil mənasında işədüzəltmə agenti rolunu oynayır...

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024