Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-12-2015, 12:49)
İcra başçısının “Uğur-2014” seçimi

İcra başçısının “Uğur-2014” seçimi

 

Raqun Məmmədov Ağdamda daha çox iş adamı kimi tanınır

 Redaksiyamıza Raqub Məmmədovla bağlı daha bir məlumat daxil olub. “Daha bir” ona görə deyirik ki, Ağdamın icra başçısı son zamanlar medianın “ulduz”una çevrilmiş azsaylı həmkarlarındandır. Cənab Məmmədov haqqındakı yazılar müxtəlif məzmunlu olsa da, birmənalı olaraq tənqidi xarakterlidir...

Ağdamdan bu dəfə xeberinfo.com-a daxil olan məlumatda da icra başçısının “işüzar fəaliyyət”indən bəhs olunur. Məlumata görə Raqub Məmmədovun icra başçısı təyin olunduğu gündən Ağdamda təmir-tikinti ilə məşğul olan iş adamlarının qara günləri başlayıb: “Raqub Məmmədova qədər Ağdamda 10-a yaxın MMC təmir-tikinti biznesi ilə məşğul idi. Müəyyən çətinliklər olsa da, işlərimiz gedirdi. İcra başçısı dəyişəndən sonra nəinki bu iş adamlarını, hətta olan-qalan bir dövlət idarəsini də təmir-tikinti işlərindən uzaqlaşdırdı. Əvəzində bibisi oğlu Adil Allahverdiyevin adına “Uğur-2014” MMC yaratdı. Beləliklə də, bu rayonda 10-a yaxın iş adamı və yüzlərlə insan işsiz qalmalı oldu. İndi Ağdamda bütün təmir-tkinti işlərini “Uğur-2014” icra edir. Bu MMC de-fakto Raqub Məmmədovun cibinə işləyir. Necə deyərlər “pullar sağ cibdən sol cibə axır”. Kimsənin də etiraz etməyə cürəti çatmır”.

Bu sözlər redaksiyamızın qonağı olmuş ağdamlıların bildirdiklərinin bir qismidir. Məlumatlardan belə aydın olur ki, Raqub Məmmədov cənab prezidentin iş adamları ilə bağlı məmurlara olan məlum tapşırıq və tövsiyələrindən hələ də ya bixəbərdir, ya da... Xüsusi ilə də son prosesləri nəzərə alsaq, Raqub Məmmədov kimi dövlət qulluqçularının özəl sektora, iş adamlarına münasibətdə daha da həssas olması vacibdir.

Təəssüf ki, bu məlumatlarla bağlı adıçəkilən şəxsləri dinləmək istiqamətindəki çabalarımız nəticəsiz qaldı.

Mövzu diqqətimizdədir.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025