Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-12-2015, 14:38)
Nazir müavininin şok korrupsiya əməlləri

Nazir müavininin şok korrupsiya əməlləri

 

Azərbaycanda tender saxtakarlığı korrupsiya hallarının içərisində ən populyarıdır desək, yanılmarıq. Korrupsiyanın bu növünün ən çox kök atdığı qurumlardan biri, bəlkə də birincisi isə Maliyyə Nazirliyidir. Məsələ ondadır ki, bu qurumun rəhbərindən daha çox onun müavini Azər Bayramovun adı korrupsiya hallarında çəkilir.
 
Afn.az-ı bununla bağlı məlumatlandıran mənbə A.Bayramovun hansı yollarla neqativ əməllər törətdiyini açıqlayıb. İqtisadçı ekspert olan həmsöhbətimiz deyir ki, tender müsabiqələrini saxtalaşdırmaqda, tenderlərdən gəlir götürməkdə tayı-bərabəri olmayan A.Bayramov məhz bu “məharəti”nə görə kluarlarda “Tender Azər” adlandırılır: “Bildiyiniz kimi, Azərbaycanda keçirilən tenderlərlə bağlı faiz söhbəti ən populyar əməldir. Tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsi bəri başdan tenderi keçirənlər tərəfindən “qalib” şirkətdən alınır. “Dövlət satınalmaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən tender prosedurları zamanı verilmiş tender təklifi ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir. Qanun yol vermir, amma reallıqda bunun tərsi baş verir. Dövlət satınalmalarında ən təhlükəli məqam da budur. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi faizi kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün keyfiyyətsiz iş görür. Bunu sübut edən bir çox məqamlar var: məsələn, istifadəyə verildikdən qısa müddət sonra yolların, körpülərin bərbad hala düşməsi, çökməsi...”
 
Oxucular təbii olaraq sual ünvanlaya bilərlər ki, A.Bayramovun tenderlərlə nə əlaqəsi var? Məsələ ondadır ki, tenderlərin keçirilməsini reallaşdıran dövlət qurumu – Satınalmalar üzrə Dövlət Agentliyi məhz onun nəzarəti altındadır. Bunu da bizimlə söhbətində mənbəmiz bildirdi: “İskəndər Çəndirli agentliyə kağız üzərində rəhbərlik edir, əslində bütün prosesləri Azər Bayramov yönəldir. Bütün saxtakarlıq, korrupsiya hallarından başqa da, normal keçirilən və qazanılan dövlət tenderlərinin ən azı 10 faizi A.Bayramov vasitəsilə əvvəlcədən geri alınır. Əsasən Azər Bayramovun çətiri altında baş verən bu özbaşnalıqların nəticəsidir ki, adı olan və heç bir fəaliyyəti olmayan şirkətlər tenderlərdə “qalib” gəlir. Məsələn, yaxın illərdə Sabirabadda bir maraqlı tender keçirilmişdi: kanalizasiyanın təmiri ilə bağlı tenderin qalibi olan şirkətin nizamnamə fondu 6 manat, işçisinin sayı isə prezident olmaqla bir nəfər olub. Bir işçisi olan şirkətin tenderdə qalib gəlməsi çox şeydən xəbər verir. Əslində satınalma müqaviləsinin icrasını təmin etmək üçün qalib şirkətlərin müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı diqqətə alınmalı idi. Bunu qanunun 6-cı maddəsi tələb edir. Göründüyü kimi, buna da əməl edilmir. İşçisi olmayan şirkətlər layihəni həyata keçirərkən küçələrdən qeyri-peşakar insanları işə cəlb edirlər. Onlar ilə əmək müqavilələri bağlanmır və nəticədə işçilərə görə şirkətlər tərəfindən məcburi sosial sığorta haqları da ödənilmir. Bu azmış kimi, əmək haqqları nəzərdə tutulduğundan bir neçə dəfə az ödənilir. Məqsəd az xərclə daha çox qazanmaq hərisliyidir. Bu cür “ofşor” şirkətlərdən Azər Bayramovda da çoxdur.
 
Bir neçə adda saxta şirkət yaradan nazir müavini çoxlu sayda tenderlərin “qalibi” olur. Xüsusilə də ölkənin qərb regionunda reallaşdırılan layihələr məhz onun büdcəsinin artmasına xidmət edir. Azər Bayramovun Maliyyə Nazirliyindəki nazir müavini və baş xəzinədar kimi fəaliyyəti yalnız onun şəxsi mənafeyinə xidmət edir. O, vəzifə səlayihətlərindən istifadə edərək, ancaq özünə yaxın, şəxsən tanıdığı, dostları, qohumları və yerlilərini şəhər-rayon maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu zaman o nazir Samir Şərifova çatacaq payın üzərinə özünün şəxsi payını da qoyaraq öz niyyətini həyata keçirir. Dünyanın heç bir yerində elə bir sisitem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini həyata keçirsin, həm də ki, aparılmış xərclərin təftişini həyata keçirsin. Azər Bayramov çox ustalıqla Samir Şərifovun etibarını və etimadını qazanaraq həm ölkəmizin büdcə xərclərini aparır, həm aparılmış büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə də Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsədiyi vəsaitlərin üstünü ört-basdır edir.
 
Azər Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər-rayon icra hakimiyyətlərindən ya tamamilə, ya da qismən çıxarılaraq mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunub. Bu xərclər də əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlığı tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri Azər Bayramovun yerlisi, yaxın qohumu və dostu Nadir Qarayevdir. Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo” rejimi hökm sürür. Tərtib olunan maliyyə sənədləri nə dərəcədə düzgün, qanuna uyğun olsada belə müəyyən etdikləri “taksa” ünvanına çatmalıdır. Əks təqdirdə, günlərlə, həftələrlə hətta aylarla belə təqdim olunan sədlərin icarsı yubadılır, süründürlməçiliyə yol verilir və nəticədə də taksanı ödəmədiyi üçün geri qaytarılır. Bu barədə səsini çıxartdıqda Azər Bayramovun qəzəbinə tuş gəlirsən.”
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024