Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-04-2014, 15:35)
Nazirlik qanunsuz mərkəzlərin fəaliyyətinə şərait yaradır

“Qaynar xətt” xidməti həkimin xəstədən rüşvət tələb etməsi, pasiyenti kobud şəkildə qarşılayıb yola salması, xəstəni qəbul etməməsi kimi şikayətlərə operativ şəkildə baxır“.

Bu sözləri “Axar.az”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova nazirliyin “Qaynar xətt”inə etdiyimiz şikayətə baxılmamasına münasibət bildirərkən dedi.
 
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə ancaq operativ şikayətlərlə bağlı müraciət edilməlidir: “Nəticə əldə etmək üçün bir müddət araşdırma tələb edən şikayətlərin baxılması üçün nazirliyə yazılı şəkildə müraciət edilməlidir. Sanitariya-epidemioloji qurum buna nəzarət etməlidir. Sonra Səhiyyə Nazirliyi müraciətə əsasən mərkəzdə yoxlama keçirməlidir. Mərkəzin hansı şəraitdə fəaliyyət göstərdiyini, lisenziyasının olub-olmadığını müəyyən etmək üçün şikayətçi nazirliyə mütləq yazılı müraciət etməlidir. Ancaq yazılı şəkildə müraciət edildikdə stomatoloji mərkəz haqqında daha dəqiq və ətraflı məlumat əldə edilə bilər. Yazılı müraciətə cavab gəlmədiyi təqdirdə isə həmin mərkəzə əlavə yoxlama göndərilə bilər”.
 
S.Əhmədova qeyd edir ki, bir mərkəzin lisenziyasının olub-olmadığını vətəndaş özü də müəyyənləşdirə bilər: “Hansısa tibb mərkəzinin fəaliyyətindən və sanitar vəziyyətindən narazı olan istənilən vətəndaş mərkəzin sahibindən onun lisenziyasını tələb edə bilər”.
 
Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə Binəqədi rayonu, Seyidzadə 29 ünvanında fəaliyyət göstərən stomatoloji mərkəz haqqında məlumat vermişdik. Şikayət edən sakinlər gigiyenik qaydalara riayət etməyən diş kabinetinin lisenziyasının olub-olmadığını və burada baş verə biləcək hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağını öyrənmək istəyirdi. 
 
Xatırladaq ki, nazirliyin “Qaynar xətt” xidmətindən “Axar.az”a şikayətçilərin kollektiv imza ilə məktub hazırlayıb, Səhiyyə Nazirliyinə müraciət etməli olduqlarını bildirmiş, Lisenziyalaşdırma şöbəsindən də sualımızla əlaqədar nazirliyə məktub ünvanlamağımızın vacibliyini söyləmişdilər.
 
Azərbaycanda Hepatit-C virusunun yayılmasının yüksək həddə çatdığını, bu virusun yayılmasının qarşısını almaq məqsədilə  Səhiyyə Nazirliyinin standartlara cavab verməyən və ya lisenziyasız fəaliyyət göstərən 300-dən artıq stomotoloji mərkəzi bağladığı haqqında açıqlamasını, bundan istifadə edən stomatoloqların evlərinə çəkilərək, gizli şəkildə fəaliyyətlərini davam etdirmələrini və nəhayət, nazirliyin belə yerlərin aşkar edilməsində vətəndaşları yardıma çağırmasını nəzərə alsaq, nazirliyin bu yöndə konkret olaraq heç bir iş görmədiyini deyə bilərik.  
 
Hepatit-C kimi təhlükəli virusa qarşı Səhiyyə Nazirliyinin mübarizəsi “göz qamaşdırır”. Əgər məlumat daxil olduqdan sonra “gedin, özünüz araşdırın və özünüz üçün də aydınlaşdırın” tipində gülünc cavab verilirsə, demək, bu tip qanunsuz mərkəzlərin fəaliyyətində Səhiyyə Nazirliyi özü maraqlıdır.
 
Başqa heç bir halda Səhiyyə nazirliyinin bu laqeydliyini izah etmək mümkün deyil.
 
Mövzuya qayıdacağıq.
шаблоны для dle 11.2

Xəbər lenti
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
17 09 2024
17 09 2024