Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-12-2015, 19:49)
Gəlin görülən işlərə kölgə salmayaq

Gəlin görülən işlərə kölgə salmayaq

 

Salyan RİH-dən kəskin etiraz “Ucuz reytinq xatirinə gedən bu kimi yazılara etirazımızı bildiririk”

 

 

 

08 dekabr 2015-ci il tarixdə sosial şəbəkələrdə və elektron informasiya vasitələrində Salyan rayon İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimovun fotosu  qərəzli olaraq məqsədli şəkildə müzakirəyə çıxarılmışdır.

 

 

 

Təəssüf hissi ilə bildiririk ki, 2014-cü ildə Salyan şəhərində keçirilmiş Gül bayramında çəkilmiş və həmin vaxtdan Salyan rayon İcra hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş bu şəkil 1 il 6 aydan sonra kimlər tərəfindənsə məqsədli şəkildə, təhrif edilməklə sosial şəbəkələrə ötürülmüş və müzakirə olunmağa, aidiyyəti oldu-olmadı şərhlər verilməyə başlanılmışdır

 

Sonradan bu şəkil saytlara və “İnformasiya sahəsində dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə əsaslanan” ANS televiziyasında müzakirə olunmağa başlanmışdır.

 

 

Bəli, yuxarıda bildirildiyi kimi qeyd olunan şəkil 9 may 2014-cü ildə Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilmişdir.

 

 

Tədbir rayon Təhsil şöbəsi tərəfindən hazırlanmışdır. Ssenariyə uyğun olaraq iştirakçılar məktəblilər tərəfindən təşkil olunmuş Gül çələngindən keçərək tədbirə qatılmalıdırlar.

 

 

Rayon rəhbəri kimi keçirilən tədbirə, təşkilatçılara, tədbir iştirakçılarına hörmət əlaməti olaraq RİH başçısı yanında Şura üzvləri ilə birgə Gül çələngindən keçmiş və tədbirə qatılmışdır.

 

 

Tədbirdə rayon məktəbliləri, təhsil müəssisələri güllərdən hazırlanmış eksponatlarını təqdim etmiş və əl işləri barədə məlumat vermişlər.

 

 

Rayon İcra hakimiyyəti olaraq keçirdiyimiz digər tədbirlər kimi Gül bayramında çəkilmiş şəkilləri də rəsmi saytımızda yerləşdirmiş və istənilən şəxsin sayta girməklə tədbir barədə məlumat almasını məqsədəmüvafiq hesab etmişik.

 

 

Bildiririk ki, Salyan rayon İcra hakimiyyəti həmişə mətbuata açıq olmuş, mətbuat nümayəndələrinin rayonda aparılan işlərin işıqlandırılması istiqamətində daim lazımi şərait yaradılmışdır.

 

 

2012-ci ilin mart ayının 9-da şəhər mərkəzində, kütləvi informasiya vasitələri üçün mətbuat konfransı, 2013-cü ilin dekabr ayında isə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə rayon İcra hakimiyyətində görüş keçirilmişdir.Görüşdə belə bir fikir yekdilliklə ifadə olunmuşdur ki, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu hər iki tərəf gözləməli, heç bir halda bu hüququn pozulmasına yol verilməməlidir.

 

 

Lakin, rayon İcra hakimiyyəti tərəfindən atılan addımlara baxmayaraq yenə də elektron informasiya vasitələrində qərəzli, heç bir məntiqə sığmayan, yalnız rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq kimi hallara rast gəlinir.

 

 

Fotonun Günel Mövlud tərəfindən paylaşdığı bizə məlumdur və xalqımızın matəm içində olduğu bu günlərdə belə yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyi tərəfimizdən təəssüf hissi ilə qarşılanır.

 

RIH başçısının müavini-İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdiriRəşad Cəbrayılov

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025