Ondan başlayaq ki, 27 yanvar 2015-ci il tarixinə qədər Göyçaya nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olan Mənsur Məmmədov rəhbərlik edib. Aydın məsələdir ki, 8 ilə yaxın bir müddətdə Göyçayda RİH başçısı vəzifəsini tutan Mənsur Məmmədov rayondakı əsas gəlirli sahələri də nəzarətinə
götürməyi bacarıb. Elə bugünkü bazar mübahisəsinin kökləri də həmin illərə gedib çıxır.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, keçmiş icra baçısı Mənsur Məmmədovun ən yaxın adamlarından biri olmuş Bəhruz Rəhimov “Göyçay-Avtonəqliyyat” ASC-nin ərazisində qanunsuz fəaliyyət göstərmiş bazarın sahibiymiş. Amma o sonradan biznesini genişləndirmək və daha böyük ticarət obyektinə sahiblənmək niyyətinə düşür. Təbii ki, o vaxtkı icra başçısı Mənsur Məmmədov da bu işdə ona hərtərəfli dəstək verib.
Sahibkar yeni bazar və ticarət mərkəzi üçün yer də çeçir: Bu Göyçay rayonunun kənarında 2,5 ha ərazini əhatə edən məkan olur. Plan beləydi ki, yeni bazar hazır olduqdan sonra “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində antisanitar şəraitdə fəaliyyət göstərən bazar bağlansın, satıcılara isə yüni bazarda yerlər təklif olunsun. “Şirvan-1” MMC-nin sifarişi ilə inşa edilən bazarla bağlı hər şey plana uyğun gedirdi, amma prezidentin sərəncamı ilə Mənsur Məmmədovun Göyçay RİH başçısı postundan azad olunaraq, Qubaya göndərilməsi planda gözlənilməz “ÇP”-lər yaratdı.
Əslində faciəvi nəsə ba verməmişdi. Göyçaya yeni təyin olunan Mübariz Ağayev də nəqliyyat nazirinin adamlarından sayılırdı və bu üzdən də onun “bazar projesi” nə mane olacağı kimsənin ağlına gəlməzdi. Amma necə deyərlər, sən saydığını say, gör Mübariz Ağayev nə sayır...
Bu həmin vaxtlara təsadüf edirdi ki, artıq Ziya Məmmədov hakimiyyətin yuxarı eşolonunda əvvəlki etimadını itirmişdi. Bütün istiqamətlərdə Məmmədovların “vurulması” prosesinə start verilmişdi. Elə sözügedən kampaniya zamanı bəlli oldu ki, Ziya Məmmədovun adamı kimi tanınan Mübariz Ağayev cinah dəyişdirdi. Başqa sözlə, o daha nəqliyyat nazirinin “orbitində fırlanmaq” niyyətində olmadığını sərgilədi. Bu isə Göyçaydakı bazar projesində də çatlar yaratmağa başladı.
Göyçayın yeni icra başçısı Məmmədovların illər öncə başlatdığı “bazar projesi”nı qırmızı işıq yandırmaqla bugünkü mübahisələrin əsasını qoymuş oldu. O faktiki olaraq “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində, heç bir qanunla tənzimlənməyən bazaradəstək verməklə yeni bazarın işini iflic etdi. Məlumata görə, satıcıları yeni bazara köçməməyə təhrik edən başçı bununla həm də Göyçaydakı ticarəti özünün nəzarətində saxlamaq taktikası yürüdür. “Göyçay-Avtonəqliyyat” ASC-nin əsas iş fəaliyyəti nəqliyyat xidməti olmasını xatırlatsaq, rayon bazarının niyə məhz burada təşkil olunması ciddi sual doğurur.
Məsələylə bağlı araşdırmalarımız davam edir və mövzuya qayıdacağıq.
Sosial / Slayd (7-12-2015, 20:51)
Mübariz Ağayev köhnə “şefi”nin obyektini necə iflic etdi?: GÖYÇAYDA BAZAR “RAZBORKASI”
Göyçay rayonunda bazar mübahisəsi bitib-tükənmək bilmir. İki sahibkarın çəkişməsi isə sıravi vətəndaşların gündəlik qazancına öz mənfi təsirini göstərir. Savash.org Göyçaydakı “bazar razborkası”nın gizlinlərinə işıq salmağa çalışıb. Beləliklə, Göyçayda nə və niyə baş verir?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024