Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-12-2015, 11:07)
GDU-nun Tələbə Şurasının təşəbbüsü ilə “N” saylı hərbi hissədə general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib- FOTOLAR

 

HƏRBİ HİSSƏDƏ TƏDBİR MARAQLI KEÇDİ

Mediatv.az xəbər verir ki, 01 dekabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Şurasının təşəbbüsü ilə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə tələbə və əsgərlərin iştirak etdiyi general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Aparıcı Tələbə Şurasının sədri Əfsanə Mövlayeva və Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov əsgərlərə xalqımızın görkəmli oğlu, unudulmaz generalı haqqında geniş məlumat verdilər.

Bundan sonra rəngarəng repertuarlı konsert oldu. Riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Elməddin Həsənlinin ifa etdiyi “ Cənab leytenant” , Pedaqoji fakültənin III kurs tələbəsi Sərxan Məmmədovun “Sənsən”, “Azərbaycan oğluyam” mahnıları, həmin fakültənin III kurs tələbəsi Eşqin Ocaqverdiyevin qarmonda “Naz eləmə”, “Tərəkəmə” rəqsləri, Rizvan Xudaverdiyevin sazda ifası, “ŞHK”-nın çıxışları əsgərlər arasında xoş təəssürat yaratdı. Əsgərlər arasında keçirilən şeir, musiqi alətində ifa, mahnı müsabiqəsi tədbiri daha da canlandırdı. Yarışda qalib gələn 4 əsgər komnandir tərəfindən iki günlük istirahətləmükafatlandırıldı.

Tədbirin sonunda hərbi hissənin komandanlığı əsgərləri unutmayıb, onları gözəl təşkil olunmuş tədbirlə yad etdikləri, Vətənə, xalqa sədaqətlə xidmətə ruhlandırdıqları üçün Universitetin rektoru professor Yusif Yusibova, təşkilatçı və iştirakçılara əsgərlər və şəxsən öz adından təşəkkür və minnətdarlıq bildirdi.

Tələbələr hərbi hissənin komandiri polkovnik Allahverdi Hacıyev tərəfindən fəxri fərmanla təltif olundu.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025