Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-02-2015, 15:16)
Zakir Həsənov onları təbrik etdi

Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

 

Fevralın 15-də Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mediatv.AZ-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, hərbi hissənin döyüş bayrağı meydana gətirildikdən sonra, gənc əsgərlər hərbi and içiblər. Hərbi hissənin komandiri andiçmə mərasiminin başa çatması barədə raport verdikdən sonra dövlət himni oxunub.
Daha sonra müdafiə naziri, general polkovnik Zakir Həsənovun hərbi hissənin şəxsi heyətinə təbrik məktubu səslənib.
Valideyn Elman İsrafilov, gənc əsgər Rauf Allahverdiyev və başqaları çıxış edərək bildiriblər ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək bölgənin ən qüdrətli hərbi gücünə çevrilən Azərbaycan Ordusunda xidmət etmək hər bir azərbaycanlı üçün şərəfdir. Çıxışlarda əminlik ifadə olundu ki, gündən-günə inkişaf edən ordumuz gec-tez Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcək.
Gənc əsgərlərin nümunəvi çıxışlarından sonra marş sədaları altında hərbi parad keçirildi.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlər öz övladları ilə görüşdülər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024