Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-11-2015, 12:36)
Nəqliyyat Nazirliyində ixtisarlar olacaq

Nəqliyyat Nazirliyində ixtisarlar aparılacaq.

Mediatv.az xəbər verir ki, bu barədə nazirliyin modern.az saytının sorğusuna cavabında deyilir.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun açıqlamasına görə, hazırda həm Dövlət Avtomobil Nəqliyyatı Xidmətində, həm də «Bakı Sərnişin Yük Daşımaları» MMC-də siyahının hazırlanması və digər məsələlərə baxılır: «Yaxın günlərdə nəticələrin Nəqliyyat Nazirliyinə təqdim edilməsi gözlənilir. Təbii ki, ixtisarlar olacaq, amma onlardan bəzilərinin işlə təmin olunması da mümkündür».

Namiq Həsənov qeyd edib ki, müfəttişlik tamamilə ləğv olunmayacaq: «Elə məsələlər var ki, onlar üçün ştata ehtiyac qalmayıb. Müəyyən mənada fəaliyyət var. Hətta avtobuslarda bəzi funksiyalar nəqliyyat müfəttişlərinə şamil ediləcək, amma bildiyiniz kimi, daha çox funksiyalar Yol Polisinə verilib. Bizdə qalan funksiyalarla bağlı müfəttişlər fəaliyyətini davam etdirəcəklər. Səlahiyyət azaldıldığından biz də nəzərə alırıq ki, bu funksiyaların yerinə yetirilməsi üçün mövcud ştat vahidlərinin sayı çoxdur. Ona görə də ixtisarlar mütləqdir».

İşçilərin konkret sayına gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda dəqiqləşdirmə aparılır: «5-10 nəfər yox, yüzlərlə adamdan söhbət gedir. Bu qədər insanın taleyi birdən-birə həll olunanda, məsələyə ehtiyatla yanaşılmalıdır. Dəqiq siyahı barədə yaxın günlərdə əlavə məlumat veriləcək».

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024