Sosial (20-11-2015, 11:40)
ADAU rektoru tələbələrinə mühazirə oxuyub
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov tələbələri qarşısında “Tağlı bitkilərin xəstəlikləri” mövzusunda mühazirə oxuyub.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə, mühazirə aktual bir mövzunu əhatə edib, tələbələrin böyük marağına səbəb olub. Təhsildə innovativ inkişaf baxımından bu mühazirə xüsusi önəm daşıyıb. Qloballaşan iqlim şəraiti, mənşəyi bilinməyən xəstəliklər, ümumiyyətlə bikiçiliyin qarşılaşdığı problemlər, mövcud vəziyyətə alim baxışı və təklifləri mühazirənin əsasını təşkil edib.
Professor İbrahim Cəfərov deyib ki, bitki xəstəlikləri bitki mühafizəsinin tərkib hissəsidir. Bitki mühafizəsi bütövlükdə dünyada ərzaq təhlükəsizliyinin tərkib hissəsidir. Bitki mühavizəsi bir dövlətin işi deyil. Milyonlarla xəstəlik var ki, onlar çox sürətlə bir dövlətin ərazisindən digər dövlətlərin də ərazilərinə keçir və böyük ziyanlar vurur. Bu işlə bütün dövlətlər məşğul olmalıdır. Qəfil yaranan xəstəliklərin qarşısının alınması, onlara qarşı mübarizə də birgə aparılmalı və ərzaq təminatına təkan verilməlidir.
Əslində bir auditoriyada keçilən bu dərs Azərbaycanda bitki xəstəliklərinin qarşısının alınmasında çətinliklərlə üzləşən fermerlərə, sadə kəndlilərə də böyük bir elmi istqamətdir və internet vasitəsilə yayımlanan mühazirədən hamı yararlana bilər.
