Sosial (3-11-2015, 12:32)
ADAU-da AMERİKALI PROFESSOR FERMERLƏRİ MAARİFLƏNDİRİB
Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinin davamı olaraq ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babados bu dəfə Aqranomluq fakültəsində Qərb bölgəsində fəaliyyət göstərən fermerləri maarifləndirilib.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə həmin görüşdə torpaqşünaslıq və aqranomluq ixtsasının tələbələri də iştirak edib, fermərlərlə aparılan disskusiyanın fəal iştirakçısı olublar. Kənd təsərrüfatında vacib yerlərdən birini tutan bitkiçiliyin inkişafı, bu sahədə mövcud problemlərin, eyni zamanda xəstəliklərin aradan qaldırılmasında söylənən elmi fikirlər və onun tətbiqi barədə məlumatlar həm fermerlər, həm də ADAU-nun tələbə-müəllimləri tərəfindən maraqla qarşılanıb.
Mohammad Babados görüş zamanı bildirib ki, bağlarda və sahələrdə məhsulun xəstəliklər səbəbindən yararsız hala düşməsinin qarşısını almaq çox vacidır. Burda birgə fikir mübadiləsi aparırıq ki, aqrar sahədə bu kimi neqativ halların qarşısını əvvəlcədən necə və hansı formada alaq. Yəqin ki, bu sahə ilə bağlı oxuduğum mühazirələr kənd təsərrüfatı ilə məşğul olan insanlara öz töhfəsini verəcək, mövsümü meyvələrdə və tərəvəzlərdə xəstəliklərin qarşısının alınması istiqmətində, eləcə də dərman preparatlarının düzgün tətbiq olunmasında bir istiqamət olacaqdır.
