Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-10-2015, 11:01)
77 SAYLI ASTARA SEÇKİ DAİRƏSİNDƏN DEPUTATLIĞA NAMİZƏD-RƏŞAD MAHMUDOV

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd Rəşad Mahmudovun YAP Astara rayon təşkilatında rayon ağsaqqalları ilə görüşü keçirilmişdir.

Rəşad Mahmudovun seçki qərargahından verilən məlumata görə, 77 saylı Astara şəhər dairəsindən Milli Məclisə namizəd rayon Ağsaqqallar Şurasının üzvləri ilə məsləhət xarakterli görüşündə bildirib ki, bu təmas indiki seçki marafonunda böyük əhəmiyyət kəsb edir. R.Mahmudov bu görüşü ən dəyərli görüşündən biri adlandıraraq qeyd edib ki, rayon ağsaqqalların hər biri ayrı ayrılıqda böyük nüfuz və hörmət sahibidir. Onlar sözü, əməli, ağsaqqalıq missiyası göz qabağındadır.

 Astarada hamının rəğbət ünvanı olan nəcabətli bir nəslin nümayəndəsi kimi Rəşad müəllim ona pənah gətirən heç kəsi naümid qoymamış, hər hansı bir müşkül məsələni asana çevirmək üçün birbaşa özünün səlahiyyətinə aid olmadığı hallarda belə şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək, problemin çözümünə yol tapmışdır.  

 

Rəşad Mahmudov Alahı tanıyan, dini və milli dəyərlərimizə böyük hörmətlə yanaşan, nəfsi istəklərdən uzaq olan, xeyirxah həkim və gözəl insandır. Astaralılar qəti olaraq bu qənaətdədirlər ki, Rəşad Mahmudovun  rayonun deputatı olması Astara sakinlərinin problemlərinin həllinə diqqət artaçaqdır.   Ümumiyyətlə, millət vəkilinin özündə cəmləşdirməli olduğu fərdi keyfiyyətlərin və əsas meyarların hamısı Rəşad Mahmudovda vardır. Dövlətinə, xalqına hədsiz dərəcədə bağlı olduğuna  görə onun üçün ən yüksək dəyər – qanunun aliliyi prinsipinə əməl etməkdir. Olduqca vətənpərvər və mənəviyyatca zəngin, xalq arasında yetişmiş, el-obasının problemlərini dərindən bilən şəxsdir. Seçicilərin problemlərini özünün problemləri hesab edir, bütün qəlbi və düşüncəsi ilə ona etimad göstərən insanların qayğılarını öz daxilində yaşadaraq və onların həll olunması üçün daim çalışacaq. Heç vaxt unutmaz ki, onu seçən insanlara xidmət göstərmək üçün seçilib, onun dəyəri ictimai mövqeyindən asılı olmayaraq, hər bir astaralının ona verdiyi qiymətlə ölçülür. Vicdanı təmiz, xalqını özündən çox sevən, fədakar,tanınmış cərrah, mərd və cəsarətli şəxsdir. Sadə insanlarla o qədər yaxın və səmimidir ki, hər bir seçici çox asanlıqla onun qəbuluna düşə biləcək, onunla görüşəcək, çəkinmədən problemlərini söyləyib zəruri köməklik və dəstək əldə edəcək. Rəşad müəllim daim hiss edir ki, o, xalqın bir hissəsidir. O, həmişə xalqla həmrəy və həmdərddir və ailə içində doğamalarına canıyanan olduğu kimi bütün astaralılara eyni münasibət bəsləyir. Özü və sözü bütövdür, xalqın hər bir fərdi qarşısında böyük məsuliyyət daşıdığını dərk edən və hiss edən, ciddi adamdır.Heç şübhə yoxdur ki, doğma rayonlarının inkişafını istəyən astaralılar məhz Rəşad Mahmudovu seçəcəklər. 

 





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024