Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-10-2015, 10:29)
67 SAYLI CƏLİLABAD ŞƏHƏR SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINAN NAMİZƏD-MALİK HƏSƏNOV

 

 

 

 

Azərbaycan xalqı cəmiyyətin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olacaq parlament seçkilərinə hazırlaşır.  67 saylı Cəlilabad şəhər seçki dairəsindən yenidən Həsənov Malik Əvəz oğlunun namizədliyi irəli sürülüb. Tərəqqipərvər Cəlilabad vətəndaşları YAP-nın bu qərarını alqışlayır və seçkilər günü məhz Malik Həsənova səs verəcəklərini bildirirlər. Çünki o, Milli Məclisə üzvlük etdiyi indiyəqədərki müddət ərzində seşicilərinin etimadını doğrultmuş, onlarla mütəmadi görüşlər keçirmiş, arzu və istəklərini öyrənmiş, qayğı və problemlərini diqqət mərkəzində saxlamış, yerli əhəmiyyətli sosial məsələlərin həllinə nail olmuşdur. Bölgədə hamının rəğbət ünvanı olan nəcabətli bir nəslin nümayəndəsi kimi Malik müəllim ona pənah gətirən heç kəsi naümid qoymamış, hər hansı bir müşkül məsələni asana çevirmək üçün birbaşa özünün səlahiyyətinə aid olmadığı hallarda belə şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək, problemin çözümünə yol tapmışdır.  

 

Malik Həsənov Alahı tanıyan, dini və milli dəyərlərimizə böyük hörmətlə yanaşan, nəfsi istəklərdən uzaq olan, xeyirxah və gözəl insandır. Cəlilabadlılar qəti olaraq bu qənaətdədirlər ki, Malik Həsənovun  rayonun deputatı olması Cəlilabadın digər regionlara nisbətən daha sürətlə inkişaf etməsini şərtləndirən amillərdəndir. Cəlilabadda aparılan geniş quruculuq işləri, yeni iş yerlərini açılması və əhalinin rifahının yüksəlməsində Malik müəllimin əməyi böyükdür. Malik müəllim əsl millət vəkili kimi bir çox problemlərin həllində ayrı-ayrı fərdlərə də yaxından kömək edib və dəstək göstərib.  Ümumiyyətlə, millət vəkilinin özündə cəmləşdirməli olduğu fərdi keyfiyyətlərin və əsas meyarların hamısı Malik Həsənovda vardır. Birbaşa dövlətin qanunvericili bazasının formalaşdırılmasında iştirak etdiyinə görə onun üçün ən yüksək dəyər – qanunun aliliyi prinsipinə əməl etməkdir. Olduqca vətənpərvər və mənəviyyatca zəngin, xalq arasında yetişmiş, el-obasının problemlərini dərindən bilən şəxsdir. Seçicilərin problemlərini özünün problemləri hesab edir, bütün qəlbi və düşüncəsi ilə ona etimad göstərən insanların qayğılarını öz daxilində yaşadır və onların həll olunması üçün daim çalışır. Heç vaxt unutmur ki, onu seçən insanlara xidmət göstərmək üçün seçilib, onun dəyəri ictimai mövqeyindən asılı olmayaraq, hər bir cəlilbadlının ona verdiyi qiymətlə ölçülür. Vicdanı təmiz, xalqını özündən çox sevən, fədakar, mərd və cəsarətli şəxsdir. Sadə insanlarla o qədər yaxın və səmimidir ki, hər bir seçici çox asanlıqla onun qəbuluna düşə bilir, onunla görüşür, çəkinmədən problemlərini söyləyib zəruri köməklik və dəstək əldə edir. Malik müəllim daim his edir ki, o, xalqın bir hissəsidir. O, həmişə xalqla həmrəy və həmdərddir və ailə içində doğamalarına canıyanan olduğu kimi bütün seçicilərinə eyni münasibət bəsləyir. Özü və sözü bütövdür, xalqın hər bir fərdi qarşısında böyük məsuliyyət daşıdığını dərk edən və hiss edən, ciddi adamdır. Heç şübhə yoxdur ki, doğma rayonlarının inkişafını istəyən cəlilabadlılar məhz Malik Həsənovu seçəcəklər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024