Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-10-2015, 10:56)
HACI SALAYEV ÖZÜNÜ MİLLƏT VƏKİLİ KİMİ DOĞRULTMUŞDUR

HACI SALAYEV ÖZÜNÜ MİLLƏT VƏKİLİ KİMİ DOĞRULTMUŞDUR

 

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə silsilə görüşlərini davam etdirir. H.Salayevin seçki qərargahının üzvlərini, səlahiyyətli nümayəndəsini və vəkillərini hər  görüşdə  sakinlər böyük hörmət və mehribanlıqla qarşılayırlar. Seçicilərə deputatlığa namizədin təbliğat materialları paylanıb, platforması diqqətə çatdırılıb. Seçicilər qarşısında çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi H. Salayevin keçdiyi ömür yolundan və fəaliyyətindən söz açıb...

Salayev Hacı Hacı-Baba oğlu 28 iyun 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan Dövlət İdman Komitəsi “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamış, sonradan əmtəəşünas və iqtisadçı vəzifələrində çalışıb.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1991-1996-ci illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat birliyinin “Şəbəkə” filialının direktoru vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalmışdır.

Ehtiyatda olan polkovnik rütbəli zabitdir.

Ehtiyata buraxıldıqdan sonra “TRUST” Mühafizə Şirkətinin Baş direktoru, İdarə Heyətinin Sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləmişdir.

29.11.2010-cu il tarixdən Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin Deputatıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Milli Məclisin Bolqarıstan, Estoniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. 2012-ci ildən Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr qrupunun rəhbəridir.

2011-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini seçilib və hal-hazıradək həmin vəzifəni tutur.

2015-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” Medalı ilə (Медаль «За укрепление парламентского сотрудничнства») təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.

İki övladı var.

Hacı Salayev Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin iclaslarında fövqəladə vəziyyət rejimi və hərbi vəziyyət rejimi, müdafiə, hərbi qulluq, hərbi xidmətə çağırış, hərbi xidmət keçmə, hərbi qulluqçuların statusu və digər məsələləri, dövlət təhlükəsizliyinin əsasları, onun təmin etmə üsul və vasitələri, dövlət sərhəd rejiminə aid qanun layihələrinin hazırlanmasında və ya təqdim olunmuş qanun layihələrinə dair rəylərin verilməsində fəal iştirak edir. Habelə Azərbaycan Respublikası Prezidentinin təqdimatlarına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqinə, Azərbaycan Respublikasının Silahlı Quvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsinə və digər məsələlərə rəyini bildirir.  

Qeyd edək ki, hazırda Milli Məclisin deputatı olan  Hacı Salayev Sumqayıt-Abşeron seçki dairəsinin seçicilərinin problemləri ilə daim maraqlanıb, onların hər zaman yanında olub və bu problemlərin həlli istiqamətində səlahiyyəti çərçivəsində müvafiq addımlar atıb. Çıxış edən vəkillər sakinlərlə görüşlərindən məmnunluqlarını bildirərək, hər kəsi seçkilərdə aktiv olmağa və layiqli namizədə, məhz Hacı Salayevə səs verməyə dəvət edirlər. H.Salayev sakinlərlə görüşlərdə qaldırılan çoxsaylı şəxsi və ictimai problemləri də diqqətsiz qoymamışdır. Çıxış edənlər – şəhid anası, məktəb direktoru, tələbələr, fəhlələr, habelə işə düzəlməkdə deputatın köməyinə ümid edən adi sakinlər qeyd edirlər ki, təşəbbüskar, məsuliyyətli, vətəndaşların problemlərinə münasibətdə həssas deputatlar onların problemlərinin həllinə fəal kömək edirlər.

Bu yaxınlarda isə sosial şəbəkədə Sumqayıtın deputatı ən aktiv 10 millət vəkilindən biri kimi ilk 10-da  Facebook sosial şəbəkəsində "Deputat 2015" səhifəsi sorğu keçirib. Keçən 1 ay ərzində səhifəsində 40 deputatın şəkli paylaşılıb. Bu şəkillərə toplam olaraq 9 mindən çox rəy yazılıb. Rəylər əsasında 40 deputat arasında ən çox müsbət rəy almış (insan və ya başqa sahənin adamı kimi yox, məhz deputat kimi) deputatların siyahısı müəyyənləşib. Hacı Salayevin  adı bu siyahıda 10-cu sırada qərarlaşıb.

 Hacı Salayev Alahı tanıyan, dini və milli dəyərlərimizə böyük hörmətlə yanaşan, nəfsi istəklərdən uzaq olan, xeyirxah və gözəl insandır. Sumqayıt-Xızı dairəsinin seçiciləri qəti olaraq bu qənaətdədirlər ki, Hacı Salayevin  bu ərazinin deputatı olması 44 saylı dairənin seçicilərinin problemlərinin həllinə diqqət artaçaqdır.   Ümumiyyətlə, millət vəkilinin özündə cəmləşdirməli olduğu fərdi keyfiyyətlərin və əsas meyarların hamısı Hacı Salayevdə vardır. Dövlətinə, xalqına hədsiz dərəcədə bağlı olduğuna  görə onun üçün ən yüksək dəyər – qanunun aliliyi prinsipinə əməl etməkdir. Olduqca vətənpərvər və mənəviyyatca zəngin, xalq arasında yetişmiş, el-obasının problemlərini dərindən bilən şəxsdir. Seçicilərin problemlərini özünün problemləri hesab edir, bütün qəlbi və düşüncəsi ilə ona etimad göstərən insanların qayğılarını öz daxilində yaşadaraq və onların həll olunması üçün daim çalışacaq. Heç vaxt unutmaz ki, onu seçən insanlara xidmət göstərmək üçün seçilib, onun dəyəri ictimai mövqeyindən asılı olmayaraq, hər bir seçicinin ona verdiyi qiymətlə ölçülür. Vicdanı təmiz, xalqını özündən çox sevən, fədakar, mərd və cəsarətli şəxsdir. Sadə insanlarla o qədər yaxın və səmimidir ki, hər bir seçici çox asanlıqla onun qəbuluna düşə bilir, onunla görüşür, çəkinmədən problemlərini söyləyib zəruri köməklik və dəstək əldə edir. Hacı müəllim daim hiss edir ki, o, xalqın bir hissəsidir. O, həmişə xalqla həmrəy və həmdərddir və ailə içində doğamalarına canıyanan olduğu kimi bütün seçicilərinə eyni münasibət bəsləyir. Özü və sözü bütövdür, xalqın hər bir fərdi qarşısında böyük məsuliyyət daşıdığını dərk edən və hiss edən, ciddi adamdır. Heç şübhə yoxdur ki,ölkəmizin eləcədə yaşadığı ərazinin  inkişafını istəyən hər bir sakin məhz Hacı Salayevə səs verəcək .

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024